Tehranda Milad əşyaları satan mağazalarda, xüsusilə "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub.
Milli.Az xəbər verir ki, mağazalarda bu qadağanı göstərən elanlar yerləşdirilib.
Əvvəllər həmkarlar ittifaqları və hökumət rəsmiləri Halloween, Milad və Yeni il əşyaları ilə bağlı satışa məhdudiyyətlərin tətbiqinin vacibliyini vurğulamış, nəticədə bəzi mağazalar bağlanmışdı.