
Tural Gəncəliyev: "Rusiyanın Azərbaycana qarşı heç bir aqressiyası ola bilməz"
Yusif Nəzərli
17:24 05.11.2025
Region
163
Moskva Bakının Rusiyanın "yeni regionlarını", xüsusən Krımı tanıyacağına ümid edir. Ötən gün "RİA Novosti" bununla bağlı məqalə dərc edib. Nəşrin yazısında vurğulanıb ki, Bakı Azərbaycan-Rusiya arasında imzalanmış müttəfiqlik anlaşmasını əsas götürərək, Rusiyanın Ukrayna ilə bağlı yanaşmalarının ədalətli olduğunu, Krım, Sevastopol, Donetsk, Luqansk, Zaporojye, eləcə də Xerson vilayətlərinin Rusiyanın tərkibində olması ilə bağlı mövqeyini tanımalıdır. Necə ki, "Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına almır" ifadəsi də "RİA Novosti"nin yazısında qeyd olunub. Belə çıxır ki, Kreml Ukraynanın işğal etdiyi ərazilərinin tanınması ilə bağlı Bakıya təzyiq göstərməyi düşünür. Yəni Azərbaycan Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial mövqeyinə davam edərsə, Moskva bizim ərazi bütövlüyümüzü şübhə altına ala bilər. Halbuki, 2022-ci il 22 fevral tarixli Moskva Bəyannaməsinin Ukraynaya, işğal edilən bölgələrə heç bir dəxli yoxdur. Yəni Rusiya Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyirsə, Bakı bunun müqabilində hansısa "jest" etməli deyil. Çünki Qarabağ faktiki olaraq Azərbaycan ərazisidir və ermənilər tərəfindən işğal edilmişdi. Ukraynanın sözügedən bölgələri isə Rusiya tərəfindən işğala məruz qalıb.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycana qarşı heç bir aqressiyası ola bilməz. Deputat diqqətə çatdırıb ki, Azərbaycan artıq özü güc mərkəzidir:

"Bizim Türkiyə, Pakistan kimi güclü tərəfdaşlarımız var. Həmçinin, getdikcə güclənən türk dünyası var. Rusiyanın aqressiyası ancaq bu cür cılız bəyanatlarla özünü büruzə verə bilər. Rusiya mediasında səslənən absurd tələblər Ermənistandakı separatçı qalıqlara bir siqnal kimi də dəyərləndirilə bilər. Ancaq Azərbaycana qarşı artıq belə təzyiq metodları keçərli deyil. Rusiyanın özü bu gün Ukrayna bataqlığında ilişmiş vəziyyətdədir. Moskva ilk növbədə özünü, Rusiyanın gələcəyini düşünməlidir. Rusiyanın nüvə triadasının bir qolu sayılan aviasiyası Ukrayna tərəfindən məhv edilib, sıradan çıxarılıb. Rusiya buna daha çox fokuslanmalıdır. Ukrayna istiqamətində problemlərini təkbaşına həll etməlidir. Azərbaycanı, xüsusən Qarabağı bu məsələlərə qatmamalıdır".
Parlamentari qeyd edib ki, Rusiya Qarabağ məsələsinin yenidən gündəmə gəlməsində, yaxud Ermənistanda revanşistlərin hakimiyyətə yiyələnməsində maraqlı ola bilər:
"Paşinyan iqtidarı buna imkan verməməlidir. Erməni Kilsəsi tarix boyu Rusiya imperiyası tərəfindən dəstəklənib. Kim olursa-olsun, istər Ermənistandakı revanşistlər, istərsə onları kənardan dəstəkləyən güclər, heç kimin Ermənistan üzərindən Azərbaycana qarşı oyunları alınmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya