Türkiyə Prezidenti: İran baş verənlərdən dərs almalıdır

“İsrailin təcavüzünü dayandırmaq üçün mübarizəmiz, regionda sülh üçün təşəbbüslərimiz davam edəcək”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İsrail təcavüzünün dayandırılması dünya və bəşəriyyət üçün vacibdir. Bölgəmizdəki bütün ölkələr, o cümlədən qonşumuz İran bu hadisələrdən lazımi dərslər çıxarmalıdır”, - prezident bildirib.