Türkiyə Qara dəniz üzərində pilotsuz uçan aparatı zərərsizləşdirdi

Türkiyə Qara dəniz üzərində pilotsuz uçuş aparatı F-16 döyüş təyyarəsi ilə zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“PUA yaşayış məntəqələrindən kənarda təhlükəsiz ərazidə vurulub”, - məlumatda qeyd edilib.