Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır

Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.

APA xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “X”də bildirib.

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha yeni bir addımın atıldığını qeyd edib.

Sərdar Kılıçın sözlərinə görə, THY 11 mart 2026-ci il tarixindən etibarən hər gün müntəzəm şəkildə İstanbul-İrəvan-İstanbul səfərlərinə başlayacaq.