Türkiyədə 3 nəfər qar uçqununa düşüb

Türkiyənin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb.

Əldə olunan məlumatlara görə, sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də qrupların bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.