Türkiyədə bir nəfər qar uçqununun altında qalıb, 22 ev boşaldılıb

Türkiyədə qar uçqununun altında qalan şəxsin kimliyi bəlli olub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, 76 yaşlı Gülnaz Bitik evinin həyətində qar uçqunu altında qalıb.

Hadisə yerinə xilasedici və tibbi briqadalar cəlb olunub. Qar uçqununun altından çıxarılaraq xəstəxanaya aparılan qadın yolda vəfat edib.