Türkiyənin ÜDM həcmi 1,5 trilyonı ötdü

Türkiyənin ÜDM həcmi illik müqayisədə 1,5 trilyon dollar həddini ötüb.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşək bu ilin üçüncü rübü üzrə milli iqtisadiyyatın artımına dair statistika göstəricilərini şərh edərkən bildirib.

Maliyyə naziri qeyd edib ki, iyul–sentyabr ayları üzrə iqtisadi artım tempi 3,7 faizdən daha yüksək ola bilərdi, lakin iqlim böhranının nəticələri, yəni məhz quraqlıq və şaxtalar kənd təsərrüfatına ciddi ziyan vuraraq aqrar sektorun artımını sıfra endirib.

“Təsadüfi deyil ki, aqrar sahə nəzərə alınmadan Türkiyənin ÜDM artım tempi üçüncü rübdə 5,5 faiz olub”, – deyə nazir bildirib.