Ukrayna üçün bütün imkanları səfərbər etmişik - Ərdoğan

Ukraynada müharibənin ilk günlərindən sülhün təmin olunması üçün diplomatiyanın bütün imkanlarını səfərbər etmişik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşdə deyib.

Ərdoğan qeyd edib ki, bundan sonra da sülh üçün bütün cəhdləri göstərəcəklər.