Türkiyə polisi cümə axşamı günü istanbulda 124 yerdə eyni vaxtda axtarış aparıb və Yeni il şənlikləri zamanı terror planlaşdıran İŞİD qrupunun 100-dən çox üzvünü həbs edib.
Teleqraf xəbər verir ki, İstanbul prokurorluğu 137 şübhəli haqqında həbs qərarı verib, onlardan 115-i həbs olunub. Axtarışlar zamanı polis çoxsaylı odlu silah, sursat və sənədlər də müsadirə edib.
Polisin antiterror əməliyyatı davam edir.