Zatulin: Ermənistanın taleyi gələn il məlum olacaq
Yusif Nəzərli
15:53 05.06.2025
Region
510
“Ermənistan KTMT qarşısında götürdüyü öhdəlikləri nümayişkaranə şəkildə yerinə yetirmir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
Siyasətçi bildirib ki, Ermənistan Qərbə yönəlsə də, Rusiya ilə iqtisadi əlaqələrdən faydalanmaqda davam edir:
“Məncə, üzvlük haqlarının ödənilməməsi Ermənistanın KTMT-də real iştirakını müzakirə etmək üçün ən mühüm səbəb deyil. Görünən odur ki, onlar KTMT çərçivəsində əməkdaşlığı dayandırdıqları üçün nümayişkaranə şəkildə üzvlük haqlarını ödəmirlər, həmçinin Avrasiya İqtisadi Birliyində qalmaqda davam edirlər. Üstəlik, sübut etməyə çalışırlar ki, eyni anda Rusiya ilə hərbi-siyasi əməkdaşlıqdan çıxaraq Qərbə istiqamətlənmək, Rusiya, KTMT və Avrasiya İqtisadi Birliyinin digər ölkələri ilə iqtisadi əlaqələrdən və iqtisadi inkişafdan faydalanmaq olar”.
Zatulin əlavə edib ki, Ermənistanın taleyi və istiqaməti gələn il keçiriləcək seçkilərdə müəyyənləşəcək:
“Əlbəttə, Ermənistanın hara getməsi ilə bağlı söhbət getdikcə qızışır. Bu söhbət dərin köklərə malikdir və Ermənistanın taleyi və onun xarici siyasət istiqamətini yalnız gələn il keçiriləcək seçkilərin nəticələri müəyyən edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya