Zəngəzur dəhlizi ABŞ üçün fövqəl dərəcədə vacib deyil - POLİTOLOQ
Yusif Nəzərli
01:14 13.02.2025
Region
738
Ona görə də Tramp administrasiyası Cənubi Qafqazdakı proseslərə müdaxiləyə həvəs göstərməyəcək
Naxçıvanla Azərbaycanın şərq rayonları arasındakı dəhliz bu və ya digər şəkildə mütləq istifadəyə veriləcək. Bu məqsədlə Ermənistan və ya İran üzərindən marşrut seçilə bilər. Bütün bunlar davam edən danışıqların mövzusudur. Bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılmasını şərh edərkən deyib. Türkiyənin nəqliyyat naziri əlavə edib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi ilə bağlı Bakı ilə İrəvan arasında dialoqla yanaşı, İrandan keçən alternativ marşrut da gündəmdədir: “Bu məsələ azərbaycanlı qardaşlarımızın nəzarətindədir. Ankara da bu prosesi izləyir. Türkiyə həm də Azərbaycan və Ermənistan arasında danışıqların tezliklə başa çatmasında və sülh sazişinin imzalanmasında maraqlıdır. Əlbəttə, gündəliyi irəli sürərkən dövlətlərin milli təhlükəsizliyi məsələlərini nəzərə almaq vacibdir. Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılması bizim üçün vacibdir". Uraloğlu daha sonra Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkərək, Avropa ilə Asiya arasında malların tədarükü üçün bu marşrutun mövcud alternativlər arasında ən sərfəli, təhlükəsiz və qısa yol olduğunu vurğulayıb. O deyib: “Orta Dəhliz boyunca çatdırılma müddəti 18 gün ərzində qiymətləndirilir. Həmçinin 14 günlük son müddət də açıqlanıb. Qeyd etmək istərdim ki, Türkiyənin yerləşdiyi məkan Avrasiyada ticarət tədarükü marşrutları üçün ən əlverişlidir”.
Politoloq İlqar Vəlizadə deyib ki, Zəngəzur dəhlizi razılaşdırılmış qaydalara əsasən açılmalıdır. Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı əsas və ilk razılaşma 10 noyabr Üçtərəfli bəyannaməsi ilə əldə olunub:
"Sonrakı illərdə bu razılığın icra olunması ilə bağlı əməli tədbirlər də görülüb, komissiya yaradılıb və s. Lakin Ermənistan Qərbin təzyiqi, xüsusən ABŞ-nin keçmiş hökuməti, Bayden administrasiyasının təhriki ilə, eyni zamanda öz maraqları çərçivəsində Üçtərəfli bəyannamənin yerdə qalan bəndlərinin reallaşmasına əngəllər törətməyə başladı. İndi geosiyasi vəziyyət dəyişib. İnanmıram ki, ABŞ üçün Zəngəzur dəhlizi fövqəl dərəcədə vacibdir. Ona görə də Tramp administrasiyası Cənubi Qafqazdakı proseslərə müdaxiləyə həvəs göstərməyəcəklər. Trampın digər prioritetləri var və prezident bu barədə açıqlamalar verib. O səbəbdən Zəngəzur dəhlizinin reallaşmasında daha çox regional ölkələrin payı çoxalıb. Təbii olaraq Rusiya da aktivləşib. Ötən illərdə İranın da dəhlizə ciddi əngəl törətdiyinin şahidi olurduq. Tehran hökuməti bu məsələni özləri üçün "qırmızı xətt" elan etmişdi. Amma İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında razılaşma əldə olunub. Bu razılaşmaya əsasən, tərəflər regional məsələlərdə kənar qüvvələrin müdaxiləsinə qarşı koordinasiyalı işləməlidirlər".
Analitik vurğulayıb ki, bu da o anlama gəlir ki, Zəngəzur dəhlizinin açılması prosesində kənar güclərin müdaxiləsinə imkan verilməməlidir:
"ABŞ-nin keçmiş administrasiyası bu məsələdə İrəvana aşkar müdaxilə edirdi. ABŞ-Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi və sərhədlərin mühafizəsinin təşkil edilməsi də bu pozucu məqsədə xidmət edirdi. Amerikalı sərhədçilərin Ermənistan-Azərbaycan sərhədlərində peyda olması Rusiya və İranın marağına ziddir. Təbii ki, bizim də marağımıza cavab vermir. Ümumən, ABŞ-nin yeni hökumətinin yanaşmasını, baxışlarının başqa istiqamətlərə yönəldiyini nəzərə alsaq, o cümlədən region ölkələrindən gələn açıqlamalara baxsaq, Zəngəzur dəhlizinin açılması ehtimalı mümkündür. Əlbəttə, yeni razılaşmadan bəzi dəyişikliklərin olması da istisna edilmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya