Zəngəzurda konsulluq "savaşı" qızışır: İran artıq oradadır, Fransa və Rusiya da açıq mübarizəyə keçib
Yusif Nəzərli
10:49 31.05.2025
Region
659
Akif Nağı: "Ermənistan açıq meydançaya çevrilib və hansı ölkə nə istəsə, onu da edir"
Fransa Gorusda konsulluq agentliyi açacaq. Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib ki, tezliklə Gorusda Mərkəzləşdirilməmiş Əməkdaşlıq üzrə 5-ci Konfrans keçiriləcək. Nazirin sözlərinə görə, bu, Fransa və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasından əvvəl yaranmış çox mühüm əməkdaşlıqdır: "Bu həm də Sünixdə baş verənlərin siyasi əlamətidir". Fransa xarici işlər naziri onu da vurğulayıb ki, Ermənistan və Fransa uzunmüddətli tərəfdaşlıq öhdəliyi götürdükləri üçün bu gün bir neçə sənəd imzalanıb. Rusiya da Zəngəzurda konsulluq açmaq niyyətində olduğunu bildirib və İrəvana bununla bağlı müraciət edib. "Hraparak" qəzeti isə iddia edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfəri Rusiyanın Zəngəzurda konsulluq açmaq məsələsini həll etməyib. Qəzetin yazdığına görə, bu ərazidə Rusiyanın konsulluğu açılmaya bilər. Rusiya tərəfi 2023-cü ildən bəri Zəngəzurda konsulluq açmağa çalışır. 2022-ci ildən etibarən Qafan şəhərində artıq İranın konsulluğu fəaliyyət göstərir, görünən odur ki, yaxın günlərdə isə Gorusda Fransanın konsulluğu açılacaq. Hakim Mülki Müqavilə Partiyasından deputat Marina Kazaryan konsulluğun açılmasının niyə uzandığı sualına absurd cavab verib. O bildirib ki, məsələ yerli hakimiyyətin səlahiyyətindədir: "Konsulluq üçün ərazi ilə bağlı məsələ hələ həll olunmayıb və uyğun yer axtarışı davam edir".
Zəngəzurda konsulluq "savaşı"nı Sherg.az-a dəyərləndirən Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, Rusiya XİN başçısı S.Lavrovun Ermənistana səfərindən sonra iddialar yayıldı ki, guya İrəvan-Moskva arasında münasibətlər artıq nizama düşüb. Partiya rəhbəri qeyd edib ki, Ermənistanın yüksək səviyyəli rəsmilərinin dillərindən də Rusiyanın xoşuna gələn ifadələr səsləndirildi:
"Ermənistan spikeri, XİN başçısı vurğuladı ki, onlar Avropa İttifaqına üzvlüklə bağlı müraciət etməyiblər. Rusiyanın Ermənistanla bağlı ən birinci şərti o idi ki, Qərbin İrəvanda öz mövqeyini gücləndirməsinə imkan verilməsin. Çünki Kreml Ermənistanı heç kimə buraxmaq niyyətində deyil. Ancaq görünən odur ki, Ermənistanla Rusiya arasında sular hələ tam durulmayıb. Fransanın konsulluq açmağa hazırlaşması da bunu göstərir. Məsələ ondadır ki, konsulluq ənənəvi mahiyyətindən kənara çıxıb. Adətən, konsulluq o zaman açılır ki, bir ölkənin digər dövlətin ərazisində, konkret konsulluq açılan bölgədə çoxlu sayda, kompakt vətəndaşları yaşayır. Konsulluq açan dövlət öz vətəndaşlarına, soydaşlarına xidmət etmək məqsədi güdür. Fransa konsulluğu Gorusda kimlərə xidmət edəcək? Məgər, orada fransızlarmı yaşayır? Açıq görünür ki, konsulluq bir neçə ölkə arasında mövqe, güc savaşına çevrilib. Üstəlik, hərbi mövcudluğa çevrilməkdədir. Qərbi Zəngəzur həmin dövlətlərin diqqət mərkəzindədir. Ona görə də orada hərbi mövcudluqlarını təmin etməyə, yaxud qorumağa çalışırlar. İran artıq Qafandadır və böyük ehtimalla tədricən öz hərbi kontingentini də ora daşımaqdadır. Rusiyanın da məqsədi eynidir. Bilirsiz ki, Rusiya ötənlərdə Xankəndidə konsulluq açmaq üçün Bakıya müraciət etmişdi. Ancaq Azərbaycan bunu qəti şəkildə rədd etdi".
A.Nağı hesab edir ki, Rusiya və İran Fransanın Ermənistana gəlişindən narahat olsa da, buna qarşı çıxacaq durumda deyillər:
"Ermənistan açıq meydançaya çevrilib və hansı ölkə nə istəsə, onu da edir. İrəvanın mövqeyi ilə hesablaşmırlar. Azərbaycan və Türkiyə bu məsələdə ciddi mövqeyini ortaya qoymalıdır. Bəyan edilməlidir ki, Gorusda Fransanın konsulluq açması məntiqsizdir. Vurğulanmalıdır ki, Zəngəzurun hərbiləşdirilməsi Azərbaycan üçün riskə çevrilərsə, təhdid mənbəyi olarsa, həmin təhlükəni aradan qaldırmaq üçün dərhal adekvat addımlar atılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm