Basketbol ulduzunun ayaqqabısı şok qiymətə satıldı: 1,47 milyon dollar...

ABŞ-ın basketbol ulduzu Maykl Cordanın geyindiyi idman ayaqqabısı hərracda rekord məbləğə - 1,47 milyon dollara satılıb.
"Şərq" “TRT Haber”ə istinadən xəbər verir ki, M.Cordanın 1984-cü ildə “Chicago Bulls” ilə ilk mövsümündə birlikdə getdiyi qırmızı və ağ idman ayaqqabıları hərraca çıxarılıb. Ayaqqabı 1,47 milyon dollara satılıb.
 Bu rəqəm idmanda geyilən ayaqqabılar üçün indiyə qədər ödənilən ən yüksək göstərici olub. M.Cordan bir çoxları tərəfindən basketbol tarixinin ən böyük oyunçusu hesab olunur.

 Karyerasının çox hissəsini “Chicago Bulls”da keçirən M.Cordan qlobal ikona çevrilib və NBA-nın bütün dünyada nüfuzunu yüksəltməsinə kömək edib.2003-cü ildə təqaüdə çıxan M.Cordan həm də NBA tarixində ilk milyarder oyunçu olub.