Bəzək bitkilərini otaq şəraitində necə becərməli? – Sirləri bilindi
Fidan Həmişəyeva
14:21 02.02.2021
Relaks
3741
Heç bir mənzili, mədəni-məişət ocaqlarını, məktəbləri, hətta zavodların sexlərini belə bəzək bitkilərisiz təsəvvür etmək çətindir. Bəzək bitkiləri, gül-çiçək məişətimizdə hava və su kimi zəruridir. Məhz buna görə bəzək bitkilərinə, gül və çiçəklərin becərilməsinə marağı olan şəxslər çoxdur.
Hər kəs çalışır ki, mənzilində bəzək bitkisi saxlasın, ona qulluq etməyin sirlərini öyrənsin və nəhayət ondan zövq ala bilsin. Bəs nə etmək lazımdır ki, çiçəklər ev şəraitində məhv olmasın?
Gül mağazalarında satılan bitkilər xüsusi şəraitdə becərilir. Mağazaların təbii şəraiti, yəni nəmliyi, hərarəti, işıqlılığı mənzillərdəki şəraitdən kəskin fərqlənir.
Ona görə də bitki belə bir şəraitdən mənzilə düşdükdə özünü yaxşı hiss etmir və solur. Yalnız düzgün qulluq edildikdə bütün bu xoşagəlməz halların qarşısı alınır, bitkinin normal inkişafını təmin etmək mümkün olur.
Bitkinin haradan alınmağından asılı olmayaraq, mənzilin ən sərin güşəsinə qoyub, üzərinə tez-tez su çiləmək lazımdır. Dibçəkləri suvararkən su kranından alınan suyu bir neçə saat mənzil şəraitində saxladıqdan sonra dibçəklərə tökmək lazımdır.
Dibçəklərdə olan gül və çiçəklərə tez-tez su çiləməklə tozdan yuyulur. Bu, bitkinin yaxşı nəfəs almasına kömək edir. Bitkiyə suyu həddindən çox vermək də olmaz, çünki artıq su bitkinin məhv olmasına səbəb olur.
Bəzən isə dibçəklərə vaxtlı-vaxtında su verilmədiyindən, bitki solmağa başlayır. Belə olduqda əvvəlcə bitkiyə ehtiyatla su çilənir, sonra isə dibinə su tökülür. Bitki həddindən artıq solubsa, o zaman su çiləməklə bərabər onu yaş tənziflə sarıyırlar. Tənzif olmasa, qəzet kağızını isladıb sarımaq da olar. Bitki normal hala gələnə qədər sarınmalıdır. Normal hala gəldikdən sonra isə onu yaxşı işıq düşən yerə keçirirlər.
Otaq şəraitində becərilən bəzək bitkilərinin yerini tez-tez dəyişmək məsləhət deyil. Dibçəklərdə becərilən bitkilərin torpağı dəyişdirildikdə həmin bitkini iri dibçəklərə köçürmək lazımdır. Bunu adətən mart-aprel aylarında-bitkilər inkişafa başlayan vaxt edirlər.
Dibçəklər vaxtaşırı qidalandırılmalıdır. Bunun üçün qıcqırmış peyin suyu və ya mineral gübrələr kompleksi verilməlidir. Belə mineral gübrələr torfla birlikdə hazır halda satılır. Yuxarıda qeyd etdiklərimizə əməl olunsa, mənzillərdə olan gül-çiçək normal inkişaf edər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm