Bill Qeyts nəhayət ki, cavab verdi: Çipləşdirmə əməliyyatının başında kim dayanır?
04:28 07.06.2020
Relaks
850
Bir çoxları iddia edir ki, Bill Qeyts insanları COVID-19 əleyhinə peyvəndləşdirmək adı altında çipləşdirmək niyyətindədir. Dünya şöhrətli milyarder nəhayət ki, sui-qəsd nəzəriyyəsi barədə haqqında yayılan şayiələrə aydınlıq gətirib.
"Microsoft"un qurucusu aylarla internetdə yayılan şayiələrə münasibət bildirib.
"Heç vaxt mikroçiplərlə məşğul olmamışam. Bu qədər axmaq və ya qəribə olduğu üçün bunu inkar etmək yersizdir", - deyə Qeyts "Business Insider"ə açıqlamasında bildirib.
Bill həmçinin bu cür açıqlamaların insanları bir-birinə qarşı qoyması ilə nəticələndiyini söyləyib:
"Peyvənd hazır olduqda kütləvi immunitetin yaranmasına nail olmalıyıq ki, əhalinin təxminən 80%-i peyvənd olunsun. Ancaq peyvəndlərin vurulmasının hiyləgərlik və ya zərərli olduğunu düşünsələr, xəstəlik insanları öldürməyə davam edəcək. Odur ki, bütün bu çılğın fikirlərin mövcudluğundan bir az narahatam".
Yeri gəlmişkən, "Yahoo News"un sorğusuna görə, amerikalıların 28%-i sui-qəsd nəzəriyyəsinə inanır. Bu, nəhəng bir ölkənin əhalisinin üçdə bir hissəsini təşkil edir.
Qeyd edək ki, dünən "Bill & Melinda Gates Foundation" vəqfi yoxsul ölkələrə həyati vacib vaksinlər təqdim etmək üçün növbəti beş il ərzində Peyvəndlənmə və İmmunlaşdırma üzrə Qlobal Alyansa 1,6 milyard dollar göndərəcəyini açıqlayıb, onun 100 milyon dolları koronavirus peyvəndinə xərclənəcək". (publika.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə