Bill Qeyts su və kanalizasiyanın lazım gəlmədiyi unitazı nümayiş etdirib
14:54 29.11.2020
Relaks
1271
“Microsoft” kompaniyasının banilərindən biri olan Bill Qeyts son illər fəaliyyəti sanitariya sahəsində yeni texnologiyaların hazırlanmasına yönələn tədqiqat fonduna daha çox diqqət ayırır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alim və mühəndislərin son uğuru su və kanalizasiyanın lazım gəlmədiyi unikal tualet olub.
Bill Qeyts son zamanlar sanitariya məsələləri ilə daha çox maraqlanmağa başlayıb. Onun kompaniyası bununla bağlı ciddi problemlərin olduğu ölkələr üçün nəzərdə tutulan maraqlı layihələr nümayiş etdirib. Bill Qeyts bu yaxınlarda Çində suya ehtiyacı olmayan ayaqyolunun təqdimatını keçirib. Həmin unitazı kanalizasiyaya qoşmağa gərək yoxdur. Belə ki, unitaz insan ifrazatını xüsusi kapsula yığır, sonradan isə kənd təsərrüfatı üçün gübrəyə çevirir.
Unitazı “Microsoft” kompaniyasının qurulduğu və kütləvi kompüterləşmənin başladığı 70-ci illərin texnoloji inkişafı ilə müqayisə edən Bill Qeyts bu layihə üzərində çalışmaların illərlə sürdüyünü və artıq bazara çıxmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, yaxın on illər ərzində tullantıların bu cür utilizasiyası dünyanın bütün ev təsərrüfatlarını “zəbt” edəcək. Elmi-texniki inkişaf sayəsində böyük təmizləyici stansiyalara da ehtiyac qalmayacaq.
Bill Qeytsin əsasını qoyduğu xeyriyyə fondu son yeddi ildə insan ifrazatını suya, yanacağa və gübrəyə çevirmək imkanlarının tədqiqi ilə məşğul olan tədqiqat layihələrinə 200 milyon dollar vəsait yatırıb. Fondun ekspertlərinin hesablamalarına görə, antisanitariya hər il 5 yaşına qədər yarım milyon uşağın ölümünə səbəb olur, həmçinin dünya iqtisadiyyatını 233 milyard dollar əlavə maliyyə xərcləri ilə yükləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə