Burası dünyanın damı sayılır
22:29 22.02.2021
Relaks
931
Everest alpinist cəsədləri ilə doludur
Çünki onları zirvədən endirmək Nepal üçün baha başa gəlir
Dünyanın damı kimi tanınan və Asiya ölkəsi olan Nepal özünəməxsus mədəniyyəti, çətin yaşayış şərtləri və əlbəttə, dağları ilə dünya ictimaiyyətinin diqqətini çəkir.
"Şərq" xarici mediaya istinadən xəbər verir ki, bu kiçik Asiya ölkəsini əhatə edən və dünyanın ən yüksək tituluna sahib olan Himalay dağlarından biri olan Everest isə ölkənin əsas simvoludur. Asiyada Hindistan və Çin kimi iki nəhəng ölkə arasında qalan Nepala dünyanın damı deyilir. Himalay dağları ilə əhatə olunmuş Nepal dəniz səviyyəsindən minlərlə metr yüksəklikdədir.
Alpinistlərin sevimli marşrutu olan bu kiçik ölkə monastırları və məbədləri ilə də məşhurdur. Nepal coğrafi şərtlərinə görə yaxın vaxtlara qədər xarici dünya ilə zəif əlaqələrdə olub. 8848 metr yüksəklikdəki Everestə ev sahibliyi edən Nepal federal bir respublikadır. Ölkənin rəsmi dili də Sanskrit dilidir. Nepal haqqında ilk mənbələr eramızın IV əsrinə aiddir. Bölgədə müxtəlif Hindistan bəyliklərinin qurulması ilə Nepal tarixi qeydlərə daxil edilməyə başlanılıb və sonrakı dövrdə daimi yaşayış yerlərinə ev sahibliyi edib. Gurkaların 1769-cu ildə Katmandunu ələ keçirməsindən sonra bölgə Nepal kimi tanınmağa başlayıb. Gurka dövrü ümumiyyətlə Nepal üçün, xüsusən Katmanduda ən möhtəşəm dövr idi. Bu dövrdə tikilən tikililər bugünkü günədək bütün şöhrətlərini əks etdirir. 1816-cı ilə qədər iki il boyunca bölgədə hökmranlıq etmək istəyən ingilis müstəmləkə qüvvələri ilə vuruşan Gurkalar bu mübarizə nəticəsində Nepalı işğaldan qorusalar da böyük güclərini itirdilər. 19-cu əsrin ortalarında başlayaraq bölgənin bölünməsi və zəif rəhbərlik düz 1951-ci ilə qədər davam etdi.
Nepal bu tarixdən bəri siyasi birliyini bərpa edə bilsə də, ideoloji vətəndaş müharibəsi yenidən uzun illər davam edəcək bir qarışıqlıq dövrünə qapı açır. 1996-cı ildə şiddətlənən vətəndaş müharibəsi zamanı paytaxt Katmandu bir müddət mühasirədə qalmış və beynəlxalq sülhməramlı qüvvələrin gəlişi ilə bu vəziyyət nisbətən nəzarət altına alınmışdı. Bu dövrə qədər krallıq tərəfindən idarə olunan Nepal 2008-ci ildə alınan qərarla federal bir respublikaya çevrilib.
Təxminən 28 milyon əhalisi olan ölkənin paytaxtı və ən böyük şəhəri olan Katmandu bütün məsələlərdə Nepalın mərkəzidir. Ərazisi 147516 kvadrat kilometdir. Dünyanın ən hündür on dağının səkkizinin yerləşdiyi Nepal dünyanın hər yerindən alpinistləri qəbul edir. Bunlardan ən məşhuru şübhəsiz Everest dağıdır. 1953-cü ildə Edmund Hillari-nin ilk dəfə zirvəsinə qalxmağı bacardığı Everest təəssüf ki, bir çox alpinist üçün məzar olub.
Ölkədəki dağlar bir çox alpinistin cəsədləri ilə doludur, çünki alpinistlərin cəsədlərini zirvədən endirmək Nepal üçün baha başa gəlir. Məsələn, 2018-ci ildə dırmaşan bir qrup alpinist 75 ildən sonra zirvəyə qalxarkən donaraq ölən bir alpinistin cansız bədənini aşkarlayıblar.
Bir çox Hollivud filminin mövzusu olan bu dağ alpinist hekayələri dünyada da böyük maraqla qarşılanır. Nepalın Cənubi Kol bölgəsi Everest dağına çıxmanın ən asan yoludur. Ancaq bu dırmaşma üçün əlbəttə bir mütəxəssis olmalısan.
Bölgədəki bir çox dağ, xüsusən Everest dəniz səviyyəsindən o qədər yüksəkdir ki, bir nöqtədən sonra oksigen səviyyəsi tamamilə azalmağa başlayır.
Bu səbəbdən də dırmaşma zamanı oksigen silindrindən istifadə etmək vacibdir. Himalay dağlarının ətəklərində yerləşən Katmandu isə təxminən 3000 illik tarixə malikdir. Bir milyon yarım insanın yaşadığı paytaxt Katmandu da ölkənin ən əhəmiyyətli beynəlxalq hava limanına ev sahibliyi edir.
Onlarla fərqli etnik qrupun yaşadığı ölkədə bu qrupların çoxunun dilləri rəsmi dil statusuna malikdir. Ölkədə təxminən 80 faizi hindu əhalisidir. Bir çoxu Gurka dövründə tikilən möhtəşəm məbədlər və monastırlar həm də ölkəyə gələn turistlərin diqqət mərkəzindədir.
Katmandu küçələrində dindar hindularla qarşılaşmaq mümkündür. Yerli insanlar, daha sonra bu inamı qəbul edən Qərb ölkələrindən olanlar, Katmandu küçələrində yaşayırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm