Simpsonların Bayden və Harrislə bağlı animasiyası düz çıxdı - Fotolar
13:30 25.02.2021
Relaks
899
“Onların andiçmə mərasimindəki geyimlərini 20 il əvvəldən biliblər”
Gələcəkdən xəbər verən cizgi filmi – “Simpsonlar”. Bu ad yəqin ki, əksəriyyətinizə tanışdır. Bəziləri bu animasiyalı filmi gələcəkdən xəbər verən subliminal mesaj kimi qəbul edir. Deyəsən, Simpson ailəsi bizim bilmədiklərimizi doğrudan da, əvvəlcədən təxmin edir... Gələcəyi xəyalən canlandıran simpsonlarla bağlı araşdırma aparmaq maraqlı idi.
Belə ki, ABŞ-ın əfsanəvi serialı Simpsonlar (“The Simpsons”) dünyada baş verən bəzi hadisələri əvvəlcədən proqnozlaşdırması onu pərəstişkarlarının gözündə daha da özəlləşdirir. Daha öncə koronavirus, “Facetime”, ağıllı saat, ABŞ-ın eks- prezidenti Donald Trampın rəhbər seçiləcəyini bilən, hətta 1 ay öncə baş verən ABŞ Konqres Binasına basqınını bilən serial bu dəfə Amerikanın yeni prezidenti Co Bayden və prezident köməkçisi Kamala Harris`in andiçmə mərasimində geyimlərini 20 il əvvəldən bilməsi iddiasıyla gündəmə düşüb.
Andiçmə mərasimini izləyən “twitter” istifadəçiləri, mərasim sırasında Harrisin geyindiyi paltar ilə Lisa Simpson tərəfindən “The Simpson”nun “Bart of the Future” bölümündə geyilən paltar arasındakı bənzərliyi anında fərqinə varıblar.
Amerikalı cizgi filmi Simpsons`un 11-ci sezonun 17-ci bölümü olan “Bart of the Future”, 19 mart 2000-ci ildə ABŞ-da Fox şəbəkəsində yayımlanan Lisa Simpsonu ABŞ-ın başçısı olaraq canlandırır. Bu bölümdə Lisa boynuna ağ inci olan bənövşəyi kostyum geyinir. Diqqət etsək görərik ki, Harris də bənzər bir kombin geyinib.
Sosial şəbəkələrdə Tramp tərəfdarlarının Vaşinqtondakı Konqresə basqın edilən hadisə zamanı başında dəbilqə olan çılpaq nümayişçi ilə Simpsonlardakı “qubernator” yazısı ilə dəbilqə taxan kişinin görüntüsü yan-yana qoyulub.
Bir müddət öncə deyirdilər ki, COVİD-19-un dünyada yayılmasını Simpsonlar əvvəlcədən bilib. Cizgi filmin 1993-cü ildə yayımlanan bir bölümündə Yaponiyada yayılan “Osaka Flu” adlı virusdan söz açılır.
Yaponiyada meyvə şirəsi işçiləri qablaşdırma edərkən, onlardan biri “xahiş edirəm, müdirə qrip olduğumu demə” deyir və sonra qutunun içərisinə öskürür. Beləliklə, virus qutu ilə birlikdə ABŞ-a aparılır. Ölkədə kifayət qədər insan xəstələnir.Hə, maraqlı təsadüfdür.
Lakin hər şeyə rəğmən cizgi filminə əyləncə kimi baxmaq toplumun düşüncə tərzi üçün daha sağlıqlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm