100-ə yaxın məktəbli infeksiyaya yoluxub

Rusiyanın Tümen vilayətindəki məktəblərdən birində kəskin bağırsaq infeksiyası yayılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i mənbələrə və Tümen vilayətinin Səhiyyə Departamentinə istinadən məlumat yayıb.

Ümumilikdə 100-ə yaxın uşaq zərər çəkib, vəziyyəti orta ağır qiymətləndirilən bir uşaq xəstəxanaya yerləşdirilib. Digərlərinə ambulator yardım göstərilir.

Səhiyyə Departamentindən verilən məlumata görə, hazırda vəziyyət nəzarət altındadır.