15 dəqiqəyə təşvişdən qurtul
15 dəqiqəyə təşvişdən qurtul
04:23 15.10.2025
Sağlamlıq
312
MÜTƏXƏSSİS FƏNDİ
İngiltərəli psixoterapevt Sally Baker 15 dəqiqə ərzində narahat düşüncələrdən qurtulmaq üçün texnika təklif edib. Dünyanın bir çox tanınmış nəşrləri bu fəndi yayımlayıb. Beyker qeyd edib ki, təşviş gətirən fikirlər haqqında çox düşünəndə onlar daha da çoxalır və ağırlaşır. Buna görə də, onlara nəzarət etməyi öyrənmək vacibdir.
Mütəxəssis effektiv üsullardan biri kimi “Üç addım” fəndini hazırlayıb. Bu texnika 3 mərhələdən ibarətdir: identifikasiya, sakitlik və paylaşma.
Narahat düşüncələr üstələdikdə və ya panik atak yaxınlaşdıqda, psixoterapevt bu hala nəyin səbəb olduğunu yada salmağı, təşvişin bədənin harasında fiziki hiss olunduğunu müəyyən etməyi məsləhət görür. "Özünüzdən narahatlığı harada hiss etdiyinizi soruşun: başınızda, çənənizdə, boynunuzda, çiyininizdə, və başqa orqanda", - deyə Beyker ilk mərhələni izah edir.
Mütəxəssis tövsiyə edir ki, narahatlığın mənbəyini müəyyən etdikdən sonra, ikinci mərhələdə göz səviyyəsində yerləşən iki nöqtə seçməli və bir dəqiqə ərzində əvvəlcə birinci nöqtəyə, sonra ikinciyə, sonra isə nöqtələr arasındakı boşluğa fokuslanmalısınız. "Bu, sizin beyninizin kimyasını dəyişir. Əvvəlcə narahatlığın mövcud olmasına icazə verdiniz və onu tam hiss etdiniz, sonra diqqətinizi sadə bir şeyə çevirdiniz. Beləliklə, bədəninizin reaksiyasını dəyişdiniz", - deyə Sally Baker izah edir.
Psixoterapevtin fikrincə, son addım, narahatlığa səbəb olan düşüncəni yenidən nəzərdən keçirməkdir. O iddia edir ki, bu dəfə beyniniz sakitləşib və stimullara fərqli reaksiya verməyə başladığı üçün sizdə narahatlıq yaradan fikirləri təkrar düşnəndə tamamilə fərqli, daha sakit hal yaranacaq. (Saglamolun.Az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol