Gərginliyi rahatlığa çevirmək mümkündür


Duyğularınızı nəzarət altına almağın 3 sadə üsulu var

  Gündəlik həyatda baş verənlər demək olar hər kəsi müəyyən mənada narahat edir. Adi məişət problemlərindən tutmuş, daha miqyaslı problemlərədək, tez-tez narahat olur, qayğılanır və bu səbəbdən də bəzən stresə düşür, psixoloji gərginlik yaşayırıq. Mütəxəssislər isə sübut edir ki, dezavantajı, avantaja – gərginliyi mənəvi rahatlığa çevirmək mümkündür. Yetər ki, buna istək olsun və özünə güvənəsən. 

“Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, dünya miqyasında hər il 100 milyonlarla insan psixoloji sarsıntı keçirir. Az və ya çox dərəcədə. “Google” nin araşdırmasına görə, narahatlıq kəlməsinin axtarış sayı 2004-cü ildən bəri 300 dəfə artıb. Psixoloji gərginlik keçirən insanlar bu mərhələni keçmək üçün yollar arayır və “Google”də axtarış verirlər. Araşdırmalara görə, ABŞ əhalisinin 31 faizi həyatları boyunca ən azı 1 dəfə psixoloji gərginlik keçirir. Bu rahatsızlıqlar arasında ən çox rast gəlinəni psixoloji pozuntular, panikaya düşmək və sosial rahatsızlıqlardır. 

BBC-nin xəbərinə görə, doktor Treysi Dennis-Tivar, yaşam keyfiyyətini aşağı salan və insan psixologiyasını yoran rahatsızlığı avantaja – üstünlüyə çevirmənin bir neçə üsulunu təklif edir. Mütəxəssis “Future Tense” adlı əsərində rahatsızlıqdan qurtulmaq yollarını qeyd edib. Mütəxəssis “istəsəniz, narahatlığı cəmi 3 addımla rahatlığa çevirə bilərsiniz” söyləyərək belə məsləhət verir: “qayğı pozuqluğu əslində diqqətimizin artmasına səbəb olur. 

Narahatlıq keçirən insanlar ətrafdakı hadisələrə daha diqqətlə yanaşır, çıxış yolu tapmaq üçün. Məhz bunu avantaja çevirə bilərsiniz. Əsas məsələ, doğru çıxış yolu tapmaqdır. 

Buna isə hadisələri düzgün təhlil etməklə nail olmaq mümkündür. Sizə narahatlıq yaşadan hadisələr arasında yararlı məlumatları toplayın. Bu sizə qarşınıza çıxmış problemin həllində kömək edəcək. Əmələ gəlmiş qayğını motivasiya olaraq istifadə edin. Beləcə, sizə ağırlıq gətirən hisslərdən xilas olub, duyğularınızı nəzarət altına ala biləcəksiniz”.