Alimlər açıqladı: Bu, beynin qocalmasının qarşısını almağın yoludur

Yaşlanma təbii bir proses hesab edilsə də, qocalmanı ertələyə biləcək bir çox məqamlar illərdir araşdırma mövzusudur. Həyat tərzinizdə bəzi mühüm dəyişikliklər edərək həm bədəninizi, həm də beyninizi gənc saxlaya bilərsiniz. 
Sherg.az xəbər verir ki, son araşdırmalar qidalanmanın qocalma prosesinə əhəmiyyətli təsirlərini ortaya çıxarıb.

Beyin və bədən sağlamlığını qorumağın yolu sağlam həyat tərzi vərdişləri və balanslaşdırılmış pəhriz inkişaf etdirməkdir.

Harvard Universiteti və Leypsiq Universitetinin alimləri tərəfindən aparılan birgə araşdırmalarda qidalanmanın beyin sağlamlığına necə təsir etdiyi araşdırılıb.

"The American Journal of Clinical Nutrition"-da dərc olunan məlumatda qeyd edilir ki, qan şəkərinə nəzarətin yaxşılaşdırılması yaşa bağlı beyin degenerasiyası ilə mübarizə üçün güclü bir strategiya ola bilər.

Tədqiqat beyin təsvirindən istifadə edərək beynin bioloji yaşını araşdırıb. Bu, beyin yaşının beynin sağlamlıq vəziyyətini əks etdirdiyini və çox vaxt fərdin faktiki yaşından əhəmiyyətli dərəcədə fərqlənə biləcəyini göstərir.


Alimlər qan şəkərinə nəzarəti yaxşılaşdırmaq üçün faydalı olduğu deyilən Aralıq dənizi pəhrizini tədqiq ediblər.

Pəhriz bitki mənşəli polifenollarla zəngindirsə, qan-beyin baryerini keçdiyi və beyin iltihabını azaltdığı üçün faydalı olacaq.

Tədqiqatlar göstərir ki, Aralıq dənizi pəhrizi yaşa bağlı beyin atrofiyası üçün faydalıdır.

Bitki mənşəli qidalarda və yaşıl çay kimi içkilərdə olan polifenollar qocalmanı yavaşlata bilər.

Mütəxəssislər Aralıq dənizi pəhrizinin ən sağlam pəhriz olduğunu deyirlər.

Bol tərəvəz və meyvələr, tam taxıllar, sağlam yağlar və balıq kimi az yağlı zülallar yeyin; Qırmızı ət, spirt və işlənmiş qidaları məhdud miqdarda istehlak etməklə xərçəng riskini azaltmaq mümkündür.

Aralıq dənizi pəhrizinin ürək sağlamlığı üçün faydalı olduğunu xatırladan Dr. Landau, "Tədqiqat bu şəkildə yeməyin infarkt və insult riskini azaltmaq arasında əlaqəni göstərir" deyib.