Xurmanın səbəb olacağı bir sıra sağlamlıq problemləri açıqlanıb.
Belə ki, Rusiyanın Yekaterinburq şəhərində payız-qış aylarında orta hesabla 50 nəfər bağırsaq tıxanması ilə xəstəxanaya çatdırılıb. Bunun xurma istehlakı səbəbindən olduğu iddia edilir.
“Xurma – fitobezoardır, yəni mədə və ya nazik bağırsaqlarda həzm olunmayan maddələri toplayan və kütlə əmələ gətirən meyvədir. Mədədə həzm olunmayan kütlə isə toplaşaraq, yeməyin həzminə mane olur. Bundan əlavə, xurmanın tərkibində bədənimizdə zəif həll olunan liflər var. Məhz onlar bir araya toplanaraq, həzmi yavaşladır” deyə rusiyalı cərrah Kseniya Mersaidova izah edib.
Həmçinin, cərrah əlavə edib ki, yığılan qida kütləsi bağırsaqda ilişib qaldıqda, tıxanır. Bu da bağırsağın şişməsinə və partlamasına səbəb olur. Nəticədə, xəstədə peritonit yaranır – yəni qarın boşluğunun iltihabı nəticəsində bədən funksiyaları pozulur, hətta ölümə də səbəb olur.
Həkim xəbərdarlıq edir ki, gündə 1-dən çox xurma yemək məsləhət görülmür.