Terapevt Hilari Cons ürək sağlamlığı üçün ən zərərli vərdişi açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, ürəyə siqaretdən daha çox zərər verən heç bir şey yoxdur.
Consun bəyanatını Britaniyanın “Mirror” nəşri “HERE NEWS” nəşrinə istinadən yayıb.
Ürək üçün ən zərərli nədir?
Consun fikrincə, ürəyə ən çox zərər verən siqaretdir. Qan dövranının pisləşməsinə, xolesterol səviyyəsinin artmasına və tromboza səbəb olur. Bu, infarkt riskini əhəmiyyətli dərəcədə artırır.