Ən təsirli ağrıkəsicidən daha yaxşıdır
Kələm yarpaqlarının bel ağrılarına yaxşı gəldiyini və hər şeyi sınasanız da bel ağrınızın keçmirsə, xəbərimiz məhz sizin üçündür.
Sherg.az xəbər verir ki, hərəkəti məhdudlaşdıran bel ağrılarını aradan qaldıran kələm üsulu televiziya və hətta sosial şəbəkələrdə kifayət qədər populyardır. Beləliklə, bel ağrısını aradan qaldırmaq üçün isti kələm üsulu nədir?
Güclü antioksidant təsiri olan kələm iltihab əleyhinə xüsusiyyətlərə malikdir və ürək xəstəliklərindən və qaraciyər yağlanmasından qoruyur. Çox miqdarda C və A vitaminləri ehtiva edərək immunitet sistemini tənzimləyir və orqanları xərçəng hüceyrələrindən qoruyur. Bunlara əlavə olaraq kələmin möcüzəvi faydası var, 30 dəqiqə ərzində ağrıları kəsir.
Hər bir insan həyatının bir nöqtəsində bel ağrısı ilə qarşılaşa bilər. Bel ağrısı gündəlik həyata mənfi təsir edən və həyat keyfiyyətini aşağı salan narahat bir vəziyyət olsa da, bir çoxu sadə səbəblərdən meydana gəlir. Ancaq nə olursa olsun, bütün bel ağrıları ciddi qəbul edilməlidir. Çünki vaxtında müalicə olunmayan bel ağrıları sonradan sizin üçün daha böyük problemlər yarada bilər.
Bel ağrılarının 85-90 faizi mexaniki bel ağrısıdır. Mexanik bel ağrısı onurğada heç bir problem olmadan arxa əzələlərdən yaranan ağrıdır. Müasir texnologiya ilə fərdlərin fərqinə varmadan buraxdıqları səhvlər bu gün bel ağrısı şikayətlərini artırmaqdadır.
Son zamanlar bel ağrılarına yaxşı gələn və qədim zamanlardan bəri istifadə edilən kələm üsulu yenidən gündəmə gəlib. Kələm yarpaqları qədim zamanlardan təbii ağrıkəsici kimi istifadə edilmişdir. Bel ağrılarına yaxşı təsir edən kələm yarpaqlarından istifadə etmək də çox asandır. Əvvəlcə kələmi qaynar su ilə bir qazanda bir neçə dəqiqə qaynadın.
Yumşaldılmış yarpaqları süzün, cənətə sarın və ağrılı yerə kompres kimi çəkin. Bunu yarım saat etsəniz ağrılarınız azalacaq. Kələm yarpaqlarını süddə qaynadıb xəmirə çevirməklə də ağrıdan xilas ola bilərsiniz. Bu qarışığı ağrılı bölgəyə çəkin və 30 dəqiqə buraxın. Bu tətbiqi həftədə üç dəfə etmək sağlam olardı.
Əmizdirmə və süddən ayırma zamanı ağrı, yanma hissi və həssaslıq yaşamayan qadın yoxdur. Bu mövzuda təcrübəsi olan bir çox analar ağrıları aradan qaldırmaq üçün kələm yarpaqlarından istifadə etmək barədə danışırlar. Deyirlər ki, ağ kələm ağrıkəsici xüsusiyyətə malikdir və ağrıları maqnit kimi özünə çəkir.