Səhər yeməyi yeyən uşaqlar daha xoşbəxt olurlar - ARAŞDIRMA
10:42 29.12.2024
Sağlamlıq
681
42 ölkədə təxminən 150 min uşaq üzərində təhqiqat aparılıb
Həmişə deyilib ki, səhər yeməyi mütləqdir. Bunu uzmanlar, qida mütəxəssisləri və həkimlər də dönə-dönə vurğulayır. Amma nə fayda? Buna barmaqarası yanaşanlar çoxdur. Budur yeni bir araşdırmanın nəticələri deyilənləri təsdiqləyir.
Sherg.az xəbər verir ki, Ruskin Universiteti (ARU) və "Universidad de las Americas" tərəfindən 42 ölkədə təxminən 150 min uşaq üzərində aparılan araşdırma səhər yeməyinin əhəmiyyətini bir daha ortaya qoyub. Ruskin Universitetinin ictimai sağlamlıq professoru Lee Smithin rəhbərlik etdiyi araşdırmaya görə, səhər yeməyini tez-tez atlayan uşaqlar, müntəzəm səhər yeməyi yeyən yaşıdlarına nisbətən daha az həyat məmnuniyyətinə malikdirlər. Mütəxəssislər tədqiq edilən ölkələrdə 10-17 yaş arası uşaq və yeniyetmələr arasında daha tez-tez səhər yeməyi istehlakı ilə daha çox həyat məmnuniyyəti arasında demək olar ki, xətti əlaqə aşkar ediblər.
Həyatdan məmnunluğun ən sağlam hissəsi hər gün səhər yeməyi yeyən iştirakçılarda müşahidə olunub. Digər tərəfdən, heç səhər yeməyi yeməyənlər həyatdan məmnunluq səviyyəsinin ən aşağı olduğunu qeyd ediblər. Bu araşdırmada bütün dünyada yemək vərdişlərinin mədəni müxtəlifliyi də aşkar edilmişdir. Xüsusilə, hər gün səhər yeməyi yeyən Portuqaliyalı uşaqlar həyatdan ən yüksək məmnuniyyətlə seçilərkən, əksinə, ən aşağı həyat məmnuniyyəti heç səhər yeməyi yeməyən Rumıniyalı uşaqlar arasında müşahidə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi