İnsanların əhəmiyyətli bir hissəsi gah məclisə tələsərkən, gah idmandan sonra, gah da uzun səfərdə avtomobildə yemək yeməyə vərdiş edib. Ancaq mütəxəssislərin xəbərdarlıqları sizi “yemək bir az gözləsin” deməyə vadar edə bilər. Həkimlər avtomobildə yemək yeməyin sağlamlığa təsiri ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Dr. Shivram Singh bunun "sağlam deyil" olduğunu vurğulayır və qida zəhərlənməsi riskini də artıra biləcəyi barədə xəbərdarlıq edir.
Sherg.az xəbər verir ki, “WINIT” kKlinikasında çalışan Dr. Shivram Singh bildirir ki, maşında yemək yemək və ya saxlamaq çox vaxt qırıntılara və ya yeməklərin dağılmasına səbəb olur. Bunlar yaxşıca təmizlənməsə, orada bakteriya, kif və ya digər zərərvericilərin yaşamasına şərait yaradır:
“Bu vəziyyət təkcə qidalanma baxımından deyil, sağlamlıq və gigiyena baxımından da qeyri-sağlam bir mühit yaradır. Sürücülər həmişə daha uyğun, idarə olunan mühitdə yeməyə diqqət etməlidirlər”.
Mütəxəssislər tapıntılara əsaslanaraq vurğulayırlar ki, əgər avtomobildə yemək yeyəcəksinizsə, avtomobilin çox yaxşı təmizləndiyinə əmin olmalısınız.
Dr. Singh deyir ki, avtomobildə yemək yemək qida yoluxucu xəstəliklər riskini artırır: "Maşınlar yayda içəridə çox isti, qışda isə çox soyuq ola bilər və bu ekstremal şərtlər sağlamlıq üçün mənfi nəticələrə səbəb olur".
Salmonella və Listeria kimi bəzi bakteriyalar tipik bir qapalı avtomobildə olan 40-60 dərəcə selsi diapazonunda ideal böyümə temperaturlarına malikdir. Bu vəziyyət qida yoluxucu xəstəliklərin riskini artırır.
Əvvəlki araşdırmalar avtomobillərdə bakteriya sayının çox olduğu bir neçə sahəni aşkar edib. Chester Universitetindən Dr Gareth Nye qeyd edir: "Bunların ən böyüyü avtomobilin baqajında olub, burada təxminən 1500 müxtəlif bakteriya aşkar edilib. Sürücü oturacağı, ötürmə qolu və sükan da xeyli miqdarda bakterial yük daşıyır.”
Bu araşdırma satılmağı gözləyən işlənmiş avtomobillər üzərində aparılıb. Nye görə, mümkündür ki, müntəzəm olaraq istifadə olunan avtomobillərdə bakteriya sayı daha yüksəkdir.
Mütəxəssislərin fikrincə, avtomobillərdə ən çox rast gəlinən bakteriyalar bağırsaqlarımızda yaşayan E.coli-dir. Həkim Nye görə, E. Coli mahiyyət etibarilə zərərsizdir, lakin bəzi hallarda qida zəhərlənməsinə səbəb olur. Avtomobilinizdə gizlənən başqa virus növləri də var.
“Staphylococcus epidermidis” və bəzi “Staphylococcus aureus” ştammı da sınaqdan keçirilmiş əksər avtomobil səthlərində ən çox yayılmış bakteriyalar olub.
Mütəxəssislər bildirirlər ki, xüsusilə də avtomobildə yemək yeyirsinizsə, avtomobilinizi mütəmadi olaraq təmizləməlisiniz. Nationwide Vehicle Contracts direktoru Keith Haves deyir: "Avtomobilinizin gigiyenik vəziyyətdə saxlanması avtomobildə kif və xəstəliklərin yaranmasının qarşısını almaq üçün çox vacibdir. Maşında yemək yedikdən sonra zibilinizi düzgün şəkildə atmalısınız. Daşınan tozsoran, antimikrob salfetlər və dezodorasiya spreylərindən istifadə sürücülərə təmiz və təhlükəsiz sürücülük mühitini saxlamağa kömək edə bilər."