30 yaşdan sonra yaranan xallara DİQQƏT - Ölümcül xəstəlik işarəsi ola bilər
22:27 13.09.2020
Sağlamlıq
1574
Dəriyə rəng verən melanin adlı hüceyrələrin müəyyən sahələrdə kəskinləşməsi nəticəsində əmələ gələn xallar doğuşdan etibarən az sayda yaranmağa başlasa da, illər sonra arta bilər.
Mütəxəssislər 30 yaşdan sonra yaranan xallara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayır.
Müxtəlif hormonal dəyişiklillər səbəbilə ərgənlik, hamiləlik kimi dövrlərdə xalların sayı və həcmləri artır. Xüsusilə, 20 mm-dən böyük xalların daha böyük risk daşıdığı, hətta xərçəngin xəbərçisi olduğu bildirilir.
Dermotoloq Onur Çapkanın sözlərinə görə, 30 yaşdan sonra yaranan xallar xərçəng riski daşıyır: "Genetik meylli zəmində müqavimət görməyən kəskin Günəş şüaları xalların sayın artırır. Rəng, həcm və forma dəyişikliyi bu səbəbdən yaranır. Lakin bu dəyişiklik illər ərzində, yavaş-yavaş olur. Ona görə də normal qəbul edilir. əsas diqqət edilməsi vacib olan son bir neçə ay ərzində əmələ gələn və ya sürətlə dəyişən xallardır. Rəng və forma simmetriyası olmayan, sürətlə forma dəyişən və ya qabarıqlaşan qaşıntı, qabıqlanma, qanama əmələ gətirən xallar şübhə yaratmalıdır".
Mütəxəssis qeyd edib ki, yeni əmələ gələn, başqa xallara bənzəməyən xallar varsa, mütləq dermotoloqa müraciət edilməlidir.
Onun sözlərinə görə, çox sayda xalı olan şəxslər, əsasən, açıq dəri rəngli, qırmızı-sarı saçlı, rəngli gözlü və ya asanlıqla Günəş yanığı yarana bilən dəri tipinə məxsus insanlardır: "Bu şəxslər üçün ailədə yaşana biləcək xərçəng, immune sisteminə təsir edən Günəşə həssaslıq, genetik xəstəliklər, dərman risk faktorudur". (publika.az)
Çapkan qeyd edib ki, dəri xərçəngi erkən diaqnoz sayəsində müalicə olunan və sağalan xəstəlikdir. Lakin nəzarətsiz və nizamsız Günəş işığına məruz qalma bu xəstəliyin yaranması riskini artırır. Ona görə də yay aylarında xüsusilə diqqətli olmaqda fayda var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm