
Prostat xərçənginin erkən diaqnozu vacibdir - Professor
02:03 29.04.2025
Sağlamlıq
406
Belə olarsa, düzgün müalicə ilə xəstəliyin müalicəsi mümkündür
Prostat vəzi xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biridir. Xüsusilə 50 yaş və yuxarı kişilərin müntəzəm müayinələrlə erkən diaqnoz qoyulması vacibdir.
Türkiyəli uroloq Yurdaer Kaynak, prostat xərçənginin yavaş inkişaf edən bir xəstəlik olduğunu, buna görə də erkən mərhələdə heç bir əlamət göstərmədiyini bildirib. Doktor Kaynak xəstəliyin erkən diaqnozla müalicə oluna biləcəyinə, xərçəngin erkən aşkarlanması üçün 50 yaşdan yuxarı kişilərin mütəmadi olaraq sağlamlıq müayinəsindən keçməli olduğuna diqqət çəkib.
Prostatın kişi cinsiyyət sistemində yaşla böyüyən bir vəzi olduğunu açıqlayan doktor Kaynak, bu vəzin həddindən artıq böyüdükdə xərçəngə səbəb ola biləcəyini vurğulayıb. O, həmçinin prostat xərçənginin əlamətləri arasında sidiyəçıxmada çətinlik, qanlı sidik, kürək və sümük ağrıları kimi şikayətlərin də olduğunu və bu şikayətlərlə qarşılaşdıqda vaxt itirmədən həkimə müraciət etməyin vacibliyini qeyd edib. Prostat xərçəngi yaş, genetik faktorlar, həddindən artıq spirt və siqaret istifadəsi, qeyri-sağlam qidalanma kimi risk faktorları ilə əlaqələndirilir.
Doktor Kaynak, bu risklərə qarşı sağlam həyat tərzi vərdişlərinin mənimsənilməsinin prostat xərçəngi riskinin azaldılmasında mühüm rol oynadığını bildirib. O, həmçinin əlavə edib ki,genetik keçmişi olan insanlar daha erkən yaşda skrininq testlərinə başlamalıdırlar.
Son illərdə inkişaf edən tibbi texnologiyalar prostat vəzi xərçənginin ilkin mərhələdə aşkarlanmasını asanlaşdırsa da, müasir müalicə üsulları xəstələrin sağalma prosesini də sürətləndirir. Müalicə prosesində xəstəliyin mərhələsinə görə cərrahi müdaxilələr, radioterapiya və robot cərrahiyyə kimi üsullardan istifadə edildiyini bildirən Dr.Kaynak, erkən diaqnozla müalicə nisbətlərinin çox daha yüksək olduğunu vurğulayıb.
Sağlam qidalanma, nizamlı məşq, siqaret və spirtdən uzaq durmağın prostat xərçəngi riskini azaldan faktorlar arasında olduğunu vurğulayan doktor Kaynak, kişilərə 50 yaşından sonra mütəmadi olaraq PSA testi etdirmələrini tövsiyə edir. Mütəmadi olaraq müayinə və prostat xərçənginin erkən diaqnozu həyat qurtara bilər.

Professor Adil Qeybulla da “Şərq”ə açıqlamasında deyib ki, prostat xərçəngi kişilərdə ən çox rastlanan onkoloji xəstəliklərdən biridir. Onun sözlərinə görə, xəstəliyin erkən mərhələlərində əlamətləri çox vaxt nəzərə çarpmır:
“İrəliləmiş hallarda sidik ifrazında çətinliklər, sidikdə qan, sümük ağrıları və ümumi zəiflik kimi əlamətlər meydana çıxa bilər”.
Professor prostat xərçənginin erkən diaqnozunun vacibliyini vurğulayır: “O, 50 yaşdan yuxarı kişilərə PSA (Prostat Spesifik Antigen) testi kimi skrininq müayinələrinin aparılmasını tövsiyə edir. Bu test, prostat xərçənginin erkən mərhələlərində aşkar edilməsinə kömək edir. Prostat xərçənginin müalicəsi xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Erkən mərhələlərdə cərrahi müdaxilə, radikal prostatektomiya, effektiv bir müalicə üsuludur. Bu əməliyyat zamanı prostat vəzinin tamamilə çıxarılması həyata keçirilir. Əgər siz və ya yaxınlarınız prostat xərçəngi ilə bağlı şübhələriniz varsa, müvafiq müayinələr üçün həkimə müraciət etməyiniz tövsiyə olunur. Erkən diaqnoz və düzgün müalicə ilə xəstəliyin müalicəsi mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya