
Tanınmış həkim: Hər bir əməliyyatın öz spesifik müddəti var
11:57 27.05.2025
Sağlamlıq
414
Bəzi əməliyyatlar 30-60 dəqiqə çəkərkən, bəzi hallarda cərrahi müdaxilə 12 saata qədər davam edə bilər
Həkimlər xüsusilə özəl tibb müəssisələrində çox işləyirlər.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, özəl tibb müəssisələrində həkimlər axsam saat 6-ya qədər xəstə qəbul edir, bundan sonra əməliyyat edirlər: “İş vaxtından sonra yalnız təcilidirsə, həkimə əməliyyat etməyə icazə verilsin. Amma həkimlər bütün əməliyyatları saat 6-dan sonraya salır. 8 saatdan sonra adamın işdə səhv etmə ehtimalı artır. Bu, qadağan olunmalıdır. İcbari tibbi sığortadan sonra həkimlərə deyilir ki, yalnız hansı xəstəlikdən şübhələnirsənsə, şəxsi o sahəyə icbari tibbi sığorta çərçivəsində yoxlanışa göndərə bilərsən. Həkimlərə icazə verilmir ki, lazım olan analizlərə xəstə göndərilsin. Xüsusilə terapevtlərə cəmi 2,7 manat sığorta pulundan vəsait qalır. Bu kifayət qədər az vəsaitdir”.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, həkimlərin xəstələri üçün əməliyyatı təyin etmə prinsipi bir sıra vacib amillərə əsaslanır:

“Əməliyyatın təyin olunmasında həm obyektiv, yəni tibbi göstərişlər, həm də subyektiv, xəstənin vəziyyəti, yaşı, yanaşı xəstəlikləri və psixoloji hazırlığı nəzərə alınır. Planlı əməliyyatlar adətən öncədən müayinə və analizlərin nəticəsinə əsasən təyin olunur və bir neçə gün və ya bir həftə əvvəlcədən qəraraşdırılır. Bu cür əməliyyatlarda həkim və pasiyent üçün hazırlıq vaxtı olur, risklər daha dəqiq qiymətləndirilir. Təcili və ya təxirəsalınmaz əməliyyatlar isə vaxt itkisinə yol verilmədən həyata keçirilməlidir. Məsələn, daxili qanaxmalar, infarkt və ya appendisit kimi vəziyyətlərdə əməliyyatın gecikdirilməsi ölümə səbəb ola bilər. Hər bir əməliyyatın öz spesifik müddəti var və bu, əməliyyatın növünə, mürəkkəbliyinə və xəstənin vəziyyətinə görə dəyişir. Bəzi əməliyyatlar 30-60 dəqiqə çəkərkən, bəzi hallarda cərrahi müdaxilə 12 saata qədər davam edə bilər. Uzun müddətli əməliyyatlar, adətən, orqan transplantasiyası və ya mürəkkəb onkoloji hallarla əlaqəlidir. Əməliyyat zamanı tibbi personalın peşəkarlığı, texniki avadanlıqlar və reanimasiya dəstəyi də vacib rol oynayır. Əməliyyatdan sonra xəstənin reabilitasiya prosesi də əməliyyat qədər əhəmiyyətlidir. Həkimlər hər bir xəstəyə fərdi yanaşmalı, qərarlarını təkcə tibbi göstərişlərə deyil, eyni zamanda xəstənin sosial və emosional vəziyyətinə əsaslanaraq verməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə