
Həkim tövsiyəsi: “Hər 20 dəqiqədən bir gözünüzü ekranlardan uzaqlaşdırın”
08:02 08.10.2025
Sağlamlıq
342
Elektron ekranlardan əks olunan işıq gözləri zədələyir
Uzun müddət smartfon və planşet ekranlarına baxmaq artıq görmə qabiliyyətinə təsir edə bilən bir amil kimi tanınır. Lakin İspaniyadan olan mütəxəssislər yeni bir təhlükəni də diqqətə çatdırıblar: günəş işığının ekranlardan əks olunaraq gözlərə düşməsi göz sağlamlığı üçün ciddi risk yaradır. İspaniyada həkimləri iki xəstə ilə qarşılaşmaq təəccübləndirib. 30 yaşlı bir kişi xizək kurortunda dörd saat planşet izlədikdən sonra gözlərinin qarşısında ağaran sahələr gördüyünü bildirib. Digər 20 yaşlı gənc isə çimərlikdə üç saat smartfondan istifadə etdikdən sonra görmə sahəsinin ortasında kor nöqtənin inkişafı nəticəsində görmə qabiliyyəti məhdudlaşıb. Hər iki xəstə günəşə birbaşa baxmadıqlarını vurğulayıb, buna görə də həkimlər zədələnmənin səbəbinin ekran parıltısı olduğunu müəyyən ediblər. İspan oftalmoloqları bildirirlər ki, elektron ekranlardan əks olunan günəş işığı “günəş makulopatiyası” üçün risk faktorudur və insanların bu potensial təhlükə barədə maarifləndirilməsi vacibdir.
Oftalmoloq-cərrah Əsmər Cümşidova Sherg.az-a açıqlamasında müasir dövrdə smartfon, planşet və kompüter ekranlarından istifadənin həyatımızın ayrılmaz hissəsinə çevrildiyini xatırladıb. Oftalmoloq uzun müddət elektron cihazlara baxmağın göz sağlamlığı üçün ciddi risklər yaratdığını bildirib:

“Göz ən vacib orqanlardan biridir. Təəssüf ki, bir çox hallarda onun qeydinə qalmaq əvəzinə daha da zəiflədirik. Tədqiqatlar göstərir ki, hər 20 dəqiqədən bir gözlərimizi ekranlardan uzaqlaşdırıb, uzaqdakı obyektlərə baxmaq lazımdır. Ekranın parlaqlığını otaqdakı işıq səviyyəsinə uyğun tənzimləmək, cihazı gözdən ən az 40–50 sm uzaqda saxlamaq lazımdır. Gözləri nəm saxlamaq üçün zərurət olduqda süni göz yaşlarından istifadə edilməlidir. Günəş işığı altında smartfon ekranına baxmaq xüsusilə diqqət tələb edir. Ekrandan əks olunan günəş işığı gözə daha çox işıq düşməsinə səbəb olur, bu isə görmə qabiliyyətinə zərər verir və göz yorğunluğunu artırır. Belə vəziyyətlərdə ekran parlaqlığını artırmaq və kölgəli yerlərdə istifadə etmək faydalıdır”.
Həkim həmçinin qeyd edib ki, təkcə günəş şüaları altında deyil, qaranlıqda telefona baxmaq da göz üçün zərərlidir:
“Qaranlıqda və zəif işıqlandırma şəraitində gözün bəbəyi genişləndiyinə görə daha çox işıq gözün torlu qişasından arxaya düşür. Uşaqların normal işıqda oxuması və kompüterdə işləməsi daha məsləhətlidir. Ona görə ki, zəif işıqlandırma miopiyanın inkişafına təsir edir və 18 yaşa qədər onu sürətləndirir. Oxuyanda isə digər predmetlərə baxmaq lazımdır ki, göz ancaq yaxın məsafəyə baxmasın və onda göz yorğunluğu daha az olur.Kompüterdən istifadə zamanı arxadan gələn işıq gözü zəiflədir, göz qıcıqlanır, yorğunluğa və göz quruluğuna səbəb ola bilir. Zəif işıq şəraitində istifadə edərkən gözü tez-tez qırpmaq, ən əsası hər 30 dəqiqədən bir 5-10 dəqiqəlik fasilə vermək lazımdır. İrsən keçən və ya sonradan qazanılan göz problemi texnoloji cihazların təsiri ilə daha da ağırlaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya