8 ildir öskürəyi keçmir, yuxuda da əziyyət çəkir - Həkimlər çarəsiz

Düzcədə yaşayan 12 yaşlı Hasan Emre Özkul 4 yaşından bəri davam edən öskürək krizləri səbəbindən həm yuxuda, həm evdə, həm də məktəbdə narahatlıq yaşayır.

 Sherg.az xəbər verir ki, son 4 ildə öskürək daha da şiddətlənib və onun normal həyatını ciddi şəkildə təsir edib.

Anası Emine Özkul bildirib ki, onlar bir çox həkimə müraciət etsələr də, həkimlər öskürəyin səbəbini tapa bilməyib. Verilən müalicələr isə əsasən kortizonlu (bədənin iltihabını və allergiyasını azaltmaq üçün hazırlanan xüsusi dərmandır)ağır dərmanlardan ibarətdir. Hasan Emre dərs göstəricilərində azalma, sosial fəaliyyətlərdə məhdudlaşma yaşayır, futbol oynaya bilmir və çəkisi artıb.

Ailə uşağın sağlamlıq vəziyyətinin dəqiq diaqnozunu tapmaq üçün yardıma ehtiyac olduğunu bildirir. Hasan Emre isə öskürəyin normal həyatına və yuxusuna ciddi təsir etdiyini, ən sevdiyi futbolu belə oynaya bilmədiyini deyib.