ABŞ-da qida boyasının istifadəsinə qadağa tətbiq edilib
Yusif Nəzərli
04:19 17.01.2025
Sağlamlıq
451
ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) ərzaq və içkilərdə geniş istifadə edilən “Qırmızı No.3” adlı sintetik boyanın qida tədarük zəncirindən çıxarılmasına dair qərar qəbul edib. Bu qərar elmi adı “FD & C Red No. 3” olan qatqının potensial xərçəng riski ilə əlaqədardır.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Qırmızı No.3” boyası xüsusilə qənnadı məhsullarında, konfetlərdə və bəzi qəlyanaltılarda rəngləmə məqsədilə istifadə olunurdu. Lakin laboratoriya siçanları üzərində aparılan tədqiqatlar maddənin xərçəngə səbəb ola biləcəyini ortaya qoyub. Bu səbəbdən FDA bu qatqının qida sənayesində istifadəsinin hüquqi və elmi baxımdan təhlükəli olduğunu təsdiqləyib. FDA-nın bu qərarı istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Mütəxəssislər qida təhlükəsizliyinə potensial təhdid yaradan bu cür maddələrin tədricən aradan qaldırılmasını mühüm addım kimi dəyərləndirirlər.
Qeyd edək ki, bu məsələ ilə bağlı mübarizə uzun illərdir davam edirdi. 2022-ci ildə 24 qeyri-kommersiya təşkilatının qida rənginin qadağan edilməsi üçün FDA-ya təqdim etdiyi petisiya rəsmi olaraq qəbul olunub və qərarın hüquqi əsasını təşkil edib. Bu addım ABŞ-da qida təhlükəsizliyinə və istehlakçı sağlamlığına verilən dəyərin növbəti göstəricisi kimi qiymətləndirilir. Səhiyyə təşkilatları isə bu qərarın daha geniş qida boyalarının təhlükəsizliyinə dair müzakirələrə yol açacağına ümid edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət