Ağ çörəyin bilmədiyiniz ZİYANI – Həkim açıqladı
Fidan Həmişəyeva
12:19 07.01.2021
Sağlamlıq
884
Bütün dünya ölklərinin koronavirusla mübarizə apardığı dövrdə immunitetin gücləndirilməsi vacib faktlardan biridir. Məlumdur ki, immunitet orqanizmin xəstəliklərə qarşı müqavimət gücüdür. Bəs necə etmək lazımdır ki, orqanizm xəstəliklərə müqavimət göstərə bilsin. Bəziləri bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda görür.
Bəzi alimlərin qənaətincə, immunitetin əsası hələ ana bətnində qoyulur. Hamilə qadınlar bol-bol meyvə-tərəvəz yedikdə, su içdikdə, açıq havada gəzdikdə və əsəbdən özünü qoruduqda doğulacaq körpənin immun sistemi də düzgün formalaşır.
Fitoterapevt-həkim Fizuli Hüseynov “Sherg.az”a bildirib ki, ilk növbədə immun sistemi zəiflədən yeməkləri tanıyıb onlardan imtina etmək lazımdır:
“Bunlara ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir. Ümumiyyətlə, imkan daxilində təbii ərzaqlara üstünlük verilməlidir. Sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə mənfi təsir göstərir. Hər gün açıq havada 2 saata yaxın gəzmək bədənin müqavimətini artırır”.
Həkim qeyd edib ki, immunitetin ən əsas düşmənlərindən biri də əsəb gərginliyidir:
“İnsanlar çalışmalıdır ki, özlərini əsəb və stresdən qorusunlar. Yeməkdən sonra ya 1 stəkan qatıq, ya da kefir içməyə vərdiş etmək lazımdır. Bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0.8 litr çiy su içmək lazımdır. Gündə 1 stəkan bal şərbəti içmək və ya ona alma sirkəsi qarışdırmaq daha yaxşıdır”.
F.Hüseynov xüsusilə vurğulayıb ki, gündə 1 xörək qaşığı qara zirə yağı içmək immuniteti gücləndirir:
“Çobanyastığı, cökə, dazıotu, bağayarpağı, biyan kökü, andız, udi-hindi, güldəfnə, məkkəgülü, zəfəran, zəncəfil, darçın və itburnu kimi bitkiləri növbəli şəkildə çay kimi dəmləyib içilməlidir.
Mövsümi meyvələri bol-bol yemək, infeksion xəstəlik yayılmış yerlərə getməmək lazımdır. İnsanın sağlam olması üçün orqanları qida maddələri və oksigenlə təmin edən qanın mütləq təmiz və saf olması vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat