Ölkədə marqarin yağının istehsalı artıb. Bu barədə Dövlət Statstika Komitəsinin məlumatında bildirilir. Qeyd edilir ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda bitki yağlarının istehsalı azalıb, marqarin yağının isthsalı isə artıb. Hesabat dövründə Azərbaycanda 46 min 537,8 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur. Dekabrın 1-nə ölkədə 2 min 132,7 ton duru bitki yağı, 3 min 537,9 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 41,3 % və 5,6 % azdır.
Marqarin yağının istehsalının artması hansı amillərlə bağlıdır? Məlumdur ki, satışda olan kərə yağlarının keyfiyyətinə əhali o qədər də etibar etmir. Kərə yağlarının tərkibinə istehsal zamanı trans-yağlar qarışdırıldığı, kərə yağı adı altında satılan yağların təbii olmadığı ehtimalı da böyükdür. Belə bir şəraitdə marqarin yağının istehsalının artması məhz bu yağlardan daha çox istifadə edilməsi təəssüratı yaradır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, marqarin istehsalının artması əhalinin təkcə bu yağlardan daha çox istifadə etdiyi anlamına gəlməməlidir. Burada bir çox səbəblər var:
- Xarici bazarlardan Azərbaycana külli miqdarda marqarin gətirilir. Ona görə də yerli istehsalçılar görür ki buna tələbat var, onlar da istehalı artırırlar. Bunun da rolu var. Həmçinin bir çox, əksər şirniyyatların istehsalında marqarin yağından istifadə olunur. Amma təəssüf ki, istehsalda hansı yağdan istifadə edildiyi məhsulların üzərində qeyd edilmir. Biz bununla mübarizə aparırıq. Zərər yazılmalıdır. Marqarin arzuolunmaz yağdır, istehlakçılar üçün. Amma nə etmk olar, biskvit istehsalında məhz bu yağlardan geniş istifadə olunur. Görünür, tələbatın artması marqarin yağı istehsalının artmasına səbəb olub. Əlbəttə, kərə yağınını qiymətinin bahalaşması, marqarin istehsalının artmasına təkan verib. Bunun da rolu var, istehsalın artmasında. Bunlar bazar prinsiplərindən qaynaqlanır. Son 5 ayda ölkədə süd defisiti yaranıb, ona görə də kərə yağı istehsalı da azalıb. Belə məqamda marqarin istehsalçıları əl-qol açıb. Kərə yağınını tərkibinə əgər marqarin qarışdırılırsa etiketdə yazılmalıdır. Ola bilər marqarin və kərə yağı qarışığı olan spred yağların miqdarı artıb, bu da istisna olunmur.