Alzheimer xəstəliyinin müalicəsi tapıldı - ŞAD XƏBƏR

Yeni bir araşdırmaya görə, P7C3-A20 adlı birləşmə Alzheimer xəstəliyindən əziyyət çəkən laboratoriya siçanlarının yaddaş qabiliyyətlərini normal səviyyəyə qaytarıb.

Sherg.az xəbər verir ki, Amerikalı alimlərdən ibarət tədqiqat qrupu bildirir ki, bu maddə dünyada 55 milyondan çox insana təsir edən Alzheimer xəstəliyi üzrə ümidverici nəticə göstərib. Cell Reports Medicine jurnalında dərc olunan araşdırmada güclü təsirə malik P7C3-A20 birləşməsinin siçanlarda yaddaş və düşünmə funksiyalarını bərpa etdiyi qeyd olunub.