Ana bətnindəki körpə bizi eşidə bilərmi? - ARAŞDIRMA
Yusif Nəzərli
03:44 09.06.2025
Sağlamlıq
389
Hamiləlik dövründə ananın bətnindəki körpənin müəyyən həftədən sonra xarici səsləri eşidə bildiyini bilirik. Bəs eşitdiklərini anlaya bilərmi? Son tədqiqatlar maraqlı nəticələr ortaya qoyub.
Sherg.az xəbər verir ki, ABŞ-ın Milli Elm Vəqfinin Sosial Davranış Elmləri Direktorluğu tərəfindən maliyyələşdirilən bir araşdırmaya görə, körpələr ana bətnində düşündüyümüzdən daha tez öyrənməyə başlayırlar. Florida Universitetindən dosent Dr. Charlene Kruegerin rəhbərlik etdiyi və "Infant Behaviour and Development" jurnalında yayımlanan araşdırma göstərib ki, körpələr 34-cü həftədən etibarən bətnində eşitdiklərini öyrənməyə başlayırlar – əvvəlki tədqiqatlardan təxminən 3 həftə əvvəl.
Öyrənmə ana bətnində başlayır
Doğum adətən hamiləliyin 40-cı həftəsində baş verir. Araşdırmalar göstərir ki, 38-ci həftədən etibarən körpələrin öyrənmə bacarığı nəzərəçarpacaq dərəcədə artır. Dr. Krueger, erkən inkişaf dövründə səsə, xüsusilə də ananın səsinə həssaslığın inkişafını öyrənib. O, həmkarı Cynthia Garvan ilə birlikdə 32 hamilə qadından hamiləliyin 28-ci həftəsindən 34-cü həftəsinə qədər gündə iki dəfə eyni laylanı 15 saniyəlik oxumalarını xahiş edib. Daha sonra analar laylanı oxumağı dayandırıblar. 28, 32, 33 və 34-cü həftələrdə körpələrin laylaya öyrəşib-öyrəşmədikləri laboratoriyada test edilib. Həmçinin, 36 və 38-ci həftələrdə də testlər aparılıb.
Laboratoriya testlərində ananın evdə oxuduğu laylanı dinləyən dölün ürək döyüntüsü ölçülüb. Ürək döyüntüsünün artması körpənin yeni səsi tam tanımadığını göstərib; əksinə, ürək döyüntüsünün azalması körpənin səsi tanıdığını göstərib.
Ana səsi körpəyə tanış gəlir
Krueger və Garvan, 34-cü həftədə körpələrin ürək döyüntüsündə azalma müşahidə ediblər, bu da onların laylanı tanıdığını göstərib. 38-ci həftədə isə, analar laylanı oxumağı dayandırdıqdan 4 həftə sonra da körpələrin ürək döyüntüsündə nəzərəçarpacaq azalma davam edib. Bu da körpələrin laylanı yadda saxladığını sübut edib.
Əlavə olaraq, kontrol qrupundakı körpələrə tanımadıqları yeni layla dinlədildikdə ürək döyüntüsündə azca artım qeydə alınıb.
Krueger və Garvan belə nəticəyə gəliblər ki, körpələr 34-cü həftədən etibarən öyrənməyə başlayır və bətnində eşitdiklərini yadda saxlayırlar. Bu araşdırma yalnız nə vaxt öyrənməyə başladıqlarını deyil, həm də necə öyrəndiklərini anlamağa kömək edir. Bu isə xüsusilə vaxtından əvvəl doğulan körpələrin inkişafı üçün vacibdir.
Hamiləliyin son trimestrində öyrənmə və yaddaşın necə formalaşdığını başa düşmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə