Antibiotiklər demans riskini azalda bilər - ARAŞDIRMA
Yusif Nəzərli
07:46 25.01.2025
Sağlamlıq
466
Böyük Britaniyada aparılan yeni bir araşdırma bəzi tez-tez təyin olunan dərmanların demensiyanın qarşısının alınmasında potensial rolunu qiymətləndirib. Kembric və Exeter Universitetlərinin tədqiqatçıları xüsusilə, antibiotiklər və antiviral dərmanlar kimi məhsulların demensiya riskinə təsirini öyrəniblər.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, tədqiqat çərçivəsində 130 milyondan çox tibbi qeyd və 1 milyon demensiya hadisəsi təhlil edilib. Nəticələr göstərib ki, viral və bakterial infeksiyalar demensiyanın inkişafında rol oynaya bilər. Bu baxımdan, infeksiyalara qarşı istifadə edilən antibiotiklər və antiviral dərmanların demensiya riskini azalda biləcəyi ehtimal olunur. Eyni zamanda, araşdırmada diabet, ürək-damar xəstəlikləri, antidepresantar, vitamin əlavələri və şizofreniya müalicəsində istifadə olunan antipsixotik dərmanların demensiya riskini artıra biləcəyi qeyd olunub. Tədqiqatçılar bu tapıntıları ümidverici adlandıraraq məlum dərmanların və peyvəndlərin demensiyanın qarşısını alma potensialını vurğulayıblar. Bununla belə, həmin nəticələrin klinik sınaqlarla təsdiq edilməsinin zəruriliyini diqqətə çatdırıblar.
“The Guardian” qəzetinə açıqlama verən Alzheimer Araşdırmaları Təşkilatından dr. Julia Dudley məlum dərmanların demensiya riskini azaltmaq üçün istifadə edilə biləcəyini söyləmək üçün hələ tez olduğunu və əlavə klinik sınaqların aparılmasının vacibliyini bildirib. Alzheimer Cəmiyyətinin tədqiqatçısı Richard Oakley isə bu istiqamətdə təsirli dərmanların mövcudluğunun yeni demensiya dərmanlarının inkişafına sərf ediləcək illər və maliyyə resurslarına qənaət edəcəyini qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan demensiyadan əziyyət çəkir və hər il təxminən 10 milyon yeni demensiya hadisəsi qeydə alınır.
Araşdırmanın nəticələri “Alzheimer’s & Dementia: Translational Research & Clinical Interventions” jurnalında dərc olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya