Araşdırma: Plastiklərdəki kimyəvi maddə ürək ölümü riski yaradır
Yusif Nəzərli
05:17 07.07.2025
Sağlamlıq
296
NYU Langone Health tədqiqatçılarının rəhbərliyi ilə aparılan yeni araşdırma plastik məmulatlarda geniş istifadə edilən di-2-etilheksil ftalat (DEHP) adlı kimyəvi maddənin qlobal miqyasda ciddi ictimai sağlamlıq problemi yaratdığını üzə çıxarıb. Tədqiqatın nəticələrinə əsasən, DEHP-yə məruz qalma 2018-ci ildə dünyada 356 min 238 nəfərin ürək-damar xəstəliklərindən ölümünə səbəb olmuş ola bilər. Bu, həmin il qlobal miqyasda ürəklə bağlı ölüm hallarının 13 faizdən çoxunu təşkil edir.
AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, tədqiqatın əsas nəticələri Asiya və Yaxın Şərq regionlarında ölüm hallarının daha yüksək olduğunu göstərir. Xüsusilə, Hindistan 103 min 587 ölüm ilə ilk sırada yer alır; ardınca Çin və İndoneziya gəlir. Müəlliflərin qeyd etdiyi kimi bu bölgələrdə həm əhali sıxlığı, həm də plastik istehsalında məhdudiyyətlərin azlığı, DEHP-yə daha yüksək məruz qalma riskini artırır. Araşdırmada DEHP’nin immun sistemində xroniki iltihaba səbəb olduğu və bunun infarkt və insult riskini artırdığı qeyd edilir. Bu təsirlər DEHP-nin ürək-damar sistemində həddindən artıq immun cavabı stimullaşdırması ilə əlaqələndirilir.
Tədqiqatın aparıcı müəllifi, NYU Grossman Tibb Məktəbindən Sara Hyman, DEHP və digər ftalatların insan sağlamlığı üçün yaratdığı risklərə dair mövcud sübutların bu tədqiqatla daha da gücləndiyini vurğulayır. Onun sözlərinə görə, ftalatlar daha əvvəl piylənmə, şəkərli diabet, sonsuzluq və bəzi növ xərçənglər ilə də əlaqələndirilib. Əlavə olaraq, tədqiqatçılar DEHP ilə əlaqəli ürək-damar ölümlərinin iqtisadi yükünü də qiymətləndiriblər. Onların hesablamalarına görə, bu yük illik 510 milyard dollardan 3,74 trilyon dollara qədər arta bilər. Tədqiqatın baş müəllifi, NYU Grossman Tibb Məktəbinin pediatriya professoru və Ətraf Mühit Təhlükələrinin Tədqiqi Mərkəzinin direktoru Leonardo Trasande, bu nəticələrin ftalatlara qarşı qlobal səviyyədə tənzimləyici tədbirlərin təcili tətbiqinə ehtiyac olduğunu göstərdiyini bildirir. Tədqiqat üçün məlumatlar 200 ölkə və ərazidə aparılmış əhali sorğularının nəticələrindən və Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutunun ölüm statistikalarından toplanıb. DEHP-yə məruz qalma səviyyələri sidik nümunələrində kimyəvi parçalanma məhsullarının analizləri ilə müəyyən olunub.
Bu araşdırma “The Lancet eBiomedicine” jurnalında dərc edilib və bu sahədə aparılmış ilk qlobal ölümlərin təxminini təqdim edir. Müəlliflər gələcəkdə DEHP təsirinin azaldılmasının ölüm nisbətlərinə uzunmüddətli təsirlərini və digər sağlamlıq nəticələrini izləməyi planlaşdırırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya