Araşdırma: Tualetdə telefon istifadəsi babasil riskini artırır
15:33 04.09.2025
Sağlamlıq
374
Babasil ildə təxminən 4 milyon müraciətlə ən çox rast gəlinən üçüncü həzm sistemi xəstəliyidir
ABŞ-də aparılan yeni tədqiqat göstərib ki, tualetdə uzun müddət oturmaqla bağlı ağıllı telefon istifadəsi babasil riskini əhəmiyyətli dərəcədə artırır.
Sherg.az xəbər verir ki, Boston şəhərindəki Beth Israel Deaconess Tibb Mərkəzində 2024-cü ilin avqust-dekabr ayları arasında aparılan araşdırmada 125 nəfər yetkinin vərdişləri öyrənilib. Onların 66 faizinin tualetdə telefon istifadə etdiyi müəyyən olunub və bu qrupda babasilə rast gəlmə ehtimalı digərlərinə nisbətən 46 faiz çox çıxıb.
Alimlər telefondan istifadə zamanı ən çox görülən fəaliyyətlərin xəbər oxumaq və sosial şəbəkələrdə vaxt keçirmək olduğunu bildiriblər. Tualetdə qalma müddətinin 5 dəqiqəni keçməməsi tövsiyə olunur. Mütəxəssislərin sözlərinə görə, babasil ildə təxminən 4 milyon müraciətlə ən çox rast gəlinən üçüncü həzm sistemi xəstəliyidir və səhiyyə sisteminə illik 800 milyon dollardan çox xərc gətirir.
Nəticə olaraq deyilir ki, günümüzdə adi hala çevrilmiş telefon istifadəsi tualetdə vaxtı uzadır və bu da babasil riskini artırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm