“Avtobuslarda yoluxma riski yüksəkdir”
Fidan Həmişəyeva
14:28 11.11.2020
Sağlamlıq
936
Son zamanlar ölkəmizdə koronavirusa yoluxanların sayı kəskin artır. Bu gün Azərbaycanda COVİD-19 infeksiyasına 1202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 18 nəfər isə vəfat edib.Avropa yenidən sərt karantin rejiminə geri dönməyə hazırlaşır. Artıq bir çox ölkədə kafe və restoranlar, ictimai məkanlar bağlanır. Eyni zamanda ölkəmizdə də sərt karantin rejiminin tətbiqi gündəmə gəlib. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, ən azı 2-3 həftə sərt karantin rejiminə keçilməlidir.
Mövcud durumla bağlı “Sherg.az”a danışan Sağlamlığın Qorunması" İctimai Birliyinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, payız mövsümü infeksiyaların daha çox yayıldığı bir zamandır.
Onun sözlərinə görə, immun sisteminin gücləndirilməsi çox vacibdir. Çünki immun sistemi güclü olan şəxs koronavirus və digər infeksiyalara qalib gələ bilir:
“Amma soyuqdəymə olan zaman koronavirusa yoluxma halları daha çoxdur. Koronavirusa yoluxma ən çox yas mərasimlərində olur. Təəssüf ki, vətəndaşlarımız qaydalara əməl etmirlər. İctimai nəqliyyatların sayını da artırmaq lazımdır. Avtobuslarda da yoluxma riski yüksəkdir”.
Birlik sədri sərt karantin rejiminin əleyhinə olduğunu deyib:
“Çünki əhali normal şəkildə qaydalara əməl etsə, problem bu qədər ciddi olmaz. Maskadan düzgün istifadə etmək lazımdır.
Saat 6-7 günün pik vaxtıdır. Fikrimcə, iş saatı 4-5-də sona çatmalıdır. Yaxud da növbəli iş qrafikinə keçmək lazımdır. Çünki ən böyük problem günün pik saatlarında baş verir. İnsanlar işləməlidir, bu, iqtisadi baxımdan lazımdır. Lakin iş saatlarında müvəqqəti dəyişiklik edilməlidir”.
Y.Abdıyeva qeyd edib ki, indiki məqamda normal yuxu və idman önəmlidir:
“D vitamini də mütləq yoxlanmalıdır. Həmçinin meyvələrdən, sink tərkibli qidalardan istifadə etməklə immun sistemini gücləndirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət