Azərbaycanda da dərman istehsalına başlanacaq
07:47 13.01.2021
Sağlamlıq
713
"Pakistanın daha çox Britaniya şirkətləri ilə birgə müəssisələri var"
Əgər həmin birgə yaradılan şirkətlərin Azərbaycana da dəvət olunması mümkün olsa, bu daha keyfiyyətli, bazara və müasir texnologiyalara uyğun dərmanların istehsalına şərait yarada bilər
Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır. Bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabad Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı deyib.
O bildirib ki, Azərbaycan və Pakistan əczaçılıq sənayesinin inkişafı üçün böyük potensiala malikdir: “Azərbaycan və Pakistan həmişə siyasi sahədə gözəl münasibətlərə malik olub. Amma ticari-iqtisadi əlaqələri lazımi səviyyədə olmayıb. Ona görə də ticarət münasibətlərinin inkişafına diqqət vermək lazımdır. Bu, hər iki ölkənin iqtisadiyyatı üçün səmərəli nəticələr verəcək. Dünyada koronavirusun yayılması ölkələrimiz arasında ticarət fəallığının azalmasına səbəb oldu, amma pandemiyadan sonra ikitərəfli ticarətin artacağı gözlənilir”. Öz növbəsində İslamabad Ticarət-Sənaye Palatasının rəhbəri Sərdar Yasir İlyas Xan bildirib ki, çoxsaylı keyfiyyətli Pakistan məhsulları, o cümlədən əczaçılıq preparatları, kosmetika, cərrahlıq alətləri, idman malları, yemək avadanlıqları, elektrik avadanlıqları, tekstil və dəri məmulatları, mebel, qida məhsulları, meyvə, düyü Azərbaycanda da istehlak olunur və bu, həmin məhsulların ixracının artmasına kömək edə bilər.
Azərbaycanda satılan dərmanların çoxunun xaricdən gətirildiyini qeyd edən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında deyib ki, ölkəmizdə bu cür layihələrin icrası çox mühümdür:
"Əvvəllər də ölkəmizdə belə layihələr var idi. Xüsusilə Rusiya və İranla birgə əczaçılıq zavodlarının qurulması ilə bağlı. Yəqin ki, bu layihə artıq tamamlanmaq üzrədir. Pakistanda isə tək Pakistan şirkətləri deyil, Pakistanın daha çox Britaniya şirkətləri ilə birgə müəssisələri var. Əgər həmin Britaniya müəssisələri ilə birgə yaradılan şirkətlərin Azərbaycana da dəvət olunması mümkün olsa, bu daha keyfiyyətli, bazara və müasir texnologiyalara uyğun dərmanların istehsalına şərait yarada bilər".
Ekspert vurğulayıb ki, bizdə əsas məsələlərdən biri dərman istehsalından daha çox molekulların özlərinin istehsalıdır:
"Burada ciddi problemlər var. Rusiyanın özündə belə molekullar kənardan alınır və dərman istehsal olunur. Ona görə də çalışmaq lazımdır ki, tək dərman yox, həm də molekulların özlərinin istehsalı ilə bağlı Azərbaycanda müəyyən işlər görülsün. Çünki bu həm laboratoriyaların yaranmasına, həm elmi araşdırmaların artmasına, həm də mütəxəssislərin yetişdirilməsinə kömək ola bilər. Ümumiyyətlə, xarici şirkətlərlə birgə müəssisələrin yaradılması hər bir halda müsbət haldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual