
Azərbaycanda donorluq haqqında real infrastruktur yaradılmayıb -Professor
10:05 29.07.2025
Sağlamlıq
376
Hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.
Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.
"Böyrək transplantasiyası üçün növbə gözləyənlərdən 18-i uşaq, 280 nəfəri böyükdür. Bununla yanaşı, qaraciyər transplantasiyası üçün 5 uşaq, 118 böyük, sümük iliyi transplantasiyası üçün 371 uşaq, 93 böyük, buynuz qişa transplantasiyası üçün isə 2 uşaq, 23 böyük hazırda növbə gözləyir", - məlumatda qeyd olunub.
Professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, Azərbaycanda donorluq haqqında qanun layihəsi müzakirə edilsə də, hələlik bununla bağlı real infrastruktur yaradılmayıb:

“İlk növbədə, elə bir sistem qurulmalıdır ki, həm növbəyə duranların, həm də əldə edilən donorların siyahası olsun. Donor dünyanın hər yerində beyin ölümü keçirən insanlardan seçilir. Yəni həyatını itirən şəxslərdən orqanlar götürülür və növbədə duran insanlara köçürülür. Azərbaycanda isə bu sistem qurulmadığına görə, donor gözləyənlərin sayı çoxdur. Bu sayın, yəni 910 nəfərin hamısını orqan transplantasiyası ilə təmin etmək mümkün olmayacaq. Ona görə də, bəzi insanlar ölkədən kənara getməyə məcburdur. Heç kim beyin ölümü keçirmiş şəxsi yarmağa icazə vermir. İnsanlar buna hazır olmalıdır ki, onlardan orqan götürülə bilsin”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə