Bel ağrıları zamanı nə etmək lazımdır?
05:49 15.11.2020
Sağlamlıq
1029
Bel ağrılarından əziyyət çəkənlərin sayı çoxdur. Bu ağrıların bir çox səbəbləri ola bilər. Amma bu, əksər hallarda onurğa, fəqərə problemləri, disk yırtıqları ilə bağlı yaranır. Bel ağrısı zamanı nə etmək lazımdır? Ağrı başlayan zaman həkiməqədər yardım necə olmalıdır? Ümumiyyətlə, bel ağrısının olmaması üçün nə etmək olar?
Həkim-nevroloq Yaqut Lətifova bununla bağlı bir çox tövsiyələr verib.
Bel ağrısının olmaması üçün:
İlk növbədə fiziki olaraq özünüzü yormayın. Fiziki iş zamanı istirahətlə növbələşməni düzgün qurun. Ağırlıq qaldırmalı olduğunuzda əzələ gücünüzün imkanlarını nəzərə alın.Tez-tez istirahət üçün dayanın.
Təkbaşına ağır yük qaldırmaqdan çəkinin! Ağrıya görə yatağa düşməkdənsə, vaxtınızı bir qədər sərf edib, işinizi yüngülləşdirəcək köməyə müraciət edin.
Daşınacaq ağır yükünüz varsa, əl arabasından və ya bel çantasından istifadə edin. Bu mümkün deyilsə, yükü bərabər şəkildə hər iki əlinizdə daşımaqçün paylaşdırın.
Hər hansı işə başlamazdan öncə yüngülcə dartınma hərəkətləri edərək əzələlərinizi "qızışdırın". Önə, arxaya, yanlara doğru bir neçə dəfə əyilin. Bu hərəkətləri kəskin deyil, asta-asta edin. Ümumiyyətlə, radikulitdən qorunmaq üçün istər idman, istər iş görən zamanı kəskin hərəkətlər yolverilməzdir.
Davamlı olaraq narahat, "donmuş" halda dayanmaq olmaz. Önə əyilərkən əlinizi söykəyərək, daha yaxşısı, bir və ya hər iki dizinizi dayaq verərək əyilin.
Yeməyinizə diqqət yetirin! Çox yeyərkən, mədə həddən artıq dolarsa, cüzi fiziki hərəkət zamanı belə döş fəqərələrinə təzyiq göstərəcək. Bu zaman onların yerdəyişməsi millimetrdən az olsa da, bu, venoz durğunluq yaradaraq, sinir kökcüklərinin qidalanmasının pozulmasına səbəb olacaq. İş arası qəlyanaltılardan sonra döş və bel radikulitinin yaranma səbəbləri də çox zaman ifrat qidalanmadır.
Havaya uyğun geyinin. Soyuqdan, rütubətdən qorunun.
Su prosedurlarını günün müəyyən saatlarında məntiqli şəkildə qəbul edin.
Əgər bel ağrısı tutmuşsa (lümbaqo):
İlk yardım kimi 1-2 tablet ibuprofen qəbul edə bilərsiniz (əgər bu tip dərmanlara qarşı allergik reaksiyalar və mədə xorası, qastrit kimi xəstələyiniz yoxdursa).
Onurğadakı gərginliyi aradan qaldirmaq üçün xüsusi idman hərəkətləri etmək olar: Pəncələr bir yerdə, əlləriniz belinizdə, gövdənizi gah sola, gah sağa çevirin. Əgər imkan varsa, qarnı üstə yerə uzanın (soyuq yerə yox!). Çox asta, həlim hərəkətlərlə (hər hərəkətdə 10-a qədər sayın) eyni vaxtda sağ əinizi irəli, sol pəncənizi geri uzadın. Yenə, eyni vaxtda, hər dəfə 10 san ərzində, çox asta, bu ardıcıllıqla dartının: sol əl-sağ pəncə, sağ əl-sağ pəncə, sol əl-sol pəncə. Bu hərəkətləri bir neçə dəfə təkrar edin.Ağrınız yüngülləşəcək.
Şərait varsa, "turnikdən sallanma" hərəkətini icra edə bilərsiniz.Bu zaman çox diqqətli olmalısınız. Hoppanma hərəkətləri yolverilməzdir, halınızı pisləşdirə bilərsiniz. Sallanma hərəkəti dartınmasız,qolunuz yorulana kimi, olmalı, sonda əvvəl ehtiyatla pəncələrinizi, sonra yüngülcə dabanlarınızı yerə qoymalısınız.
Ayaq üstə duraraq yanlara doğru ehtiyatla, ağrı yaranana qədər əyilmə hərəkətləri edin. Ağrı əmələ gələn istiqaməti təyin etdikdən sonra, dayağa (divara, sütuna və s.) söykənin. 10-15 saniyə ərzində dayağa istinad edərək, əvvəl ağrı yaranan tərəfə, sonra əks tərəfə astaca əyilmə hərəkəti edin.
Ağrılarınız davam edərsə, həkimə müraciət edin, mütəxəssis müayinəsindən keçin. Əks halda, özünüzün əl atdığınız vasitələr vəziyyəti daha da ağırlaşdıra bilər.
Ağrılar zamanı yataq xəstəsi olmayın, asta-asta hərəkət edin. Hərəkət-həyat deməkdir! Lakin fiziki aktivliyinizi kəskinləşmə mərhələsi keçdikdən sonra, qoruyucu rejimdə bərpa edin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət