Susuzluq beyin qan həcmini azaldır, bu isə oksigen və qida çatışmazlığı ilə yanaşı elektrolit balansının pozulmasına səbəb olur. Nəticədə insanlar əşyaların yerini unuda, söz tapmaqda çətinlik çəkə və bəzi işləri yarımçıq qoya bilirlər. Lakin kifayət qədər su və maye qəbulu ilə bu unutqanlıq düzələ bilər
Sherg.az xəbər verir ki, Türkiyəli nevroloq Əsra Acıman Dəmirəl bildirir ki, beyin təxminən 75% sudan ibarətdir və su çatışmadıqda beyin hüceyrələri arasında əlaqə yavaşlayır. Bu da diqqət dağınıqlığı, konsentrasiya çətinliyi və qısa müddətli yaddaş pozuntusuna gətirib çıxarır.
.Dəmirəl vurğulayıb ki, yaşlılarda susuzluq hissi azalır və bu, xroniki susuzluğa yol açır. Bu vəziyyət bəzi funksiyalara təsir edərək uzun müddətdə demans riskini artıra bilər, lakin susuzluq birbaşa Alzheimer xəstəliyinə səbəb olmur.
Gündə 2-2,5 litr maye qəbul edilməli, idrarın açıq sarı rəngdə olması isə kifayət qədər maye alındığının göstəricisidir. Çay və qəhvə suyun yerini tutmur, əksinə sidikqovucu təsir göstərir, buna görə də əsas mənbə su olmalıdır.
Həmçinin, uşaqların da sıx hərəkətli olmalarına baxmayaraq kifayət qədər maye qəbul etmələri vacibdir, çünki maye çatışmazlığı diqqət və fokus probleminə səbəb olur.