Bəzi xəstələrə peyvəndin əks təsiri ola bilər
19:35 01.01.2021
Sağlamlıq
594
Bir neçə ölkədə yeni növ koronavirusun mutasiyaya uğramış formasının aşkarlanması insanlar arasında müəyyən təşviş hissi yaradıb. Mutasiyaya uğrayan virusun yeyinti və qeyri-yeyinti məhsulları vasitəsilə ölkəmizə də keçmək ehtimalı ola bilər. Ancaq bu, həmin virusun daha təhlükəli olması demək deyil.
AZƏRTAC bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov bununla bağlı deyib: "Dünyanı narahat edən həmin mutasiya virusun bir xüsusiyyətini dəyişib və bunun nəticəsində onun yoluxuculuq qabiliyyəti artıb. Azərbaycan da dünyanın bir hissəsidir və onun ölkəmizə gəlmək ehtimalı istisna edilmir".
Virusdan xilas olmağın yeganə yolu olan vaksinlər gələn ilin əvvəllərində ölkəmizə gətiriləcək. İndi insanları onun hansı qrup əhali arasında aparılacağı və kimlərin həmin tədbirdən kənarda qalacağı daha çox düşündürür. Mütəxəssislərin dediyinə görə, bəzi xəstələrə peyvəndin əks təsiri də var. Vərəm, kəskin respirator virus xəstəliyi və insult keçirənlər üçün peyvənd təhlükəli ola bilər.
Professor məsələyə aydınlıq gətirərək bildirib: "Kiminsə xəstəliyi keçirmək və onu təsdiq edən sənəd varsa, ona mütləq baxılacaq. Hansısa vaksinin yan təsiri və əks-göstərişi varsa, mütləq həmin amillər nəzərə alınacaq. İndi hər yerdə həmin peyvəndin vurulmasına başlanılacağı gözlənilir. Yeni vaksinə böyük ümid bəslənilir. Əlbəttə ki, ilk növbədə vaksinasiyaya risk qruplarından başlanılacaq".
Peyvənd vurulan zaman insanda heç bir virus və bakterioloji infeksiya, qrip və qızdırma olmamalıdır, çünki adətən vaksinasiyadan sonra insanın hərarəti qalxır və özünü əzgin hiss edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual