Bir sahənin iki qolu: TƏBİB və Səhiyyə Nazirliyi - O da sınıq, bu da sınıq !
Fidan Həmişəyeva
12:15 25.12.2020
Sağlamlıq
934
Son günlər ölkəmizdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətinə dair ciddi narazılıqlar var. Vətəndaşlar sosial şəbəkələrdə hər iki qurumun iş standartlarında böyük çatışmazlıqlar olduğunu bildirirlər. Onsuz da ölkəmizdə koronavirusla bağlı vəziyyət günü-gündən ağırlaşır. Sərt karantin rejiminə baxmayaraq, yoluxma və ölüm halları ürəkaçan deyil.
Belə bir zamanda iki qurum arasındakı fikir ayrılıqları günahsız insanlara əlavə problemlər yaradır.
Səhhəti ağırlaşan koronavirus şəxsləri TƏBİB və Səhiyyə Nazirliyinin fəaliyyətsizliyi nəticəsində qurbana çevrilirlər. Bir sözlə, nə həkim tapılır, nə təcili yardım maşını, nə də xəstəxanalarda yer. Vətəndaşların sualları cavabsız qalır. Dərmanların apteklərdən yığışdırılaraq “qara bazar”da baha qiymətə satılması bu sahədəki durumun hansı vəziyyətdə olduğunu göz önünə sərir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu mövcud durumla bağlı “Sherg.az”a danışıb. Partiya sədri bildirib ki, ölkəmizdə səhiyyənin təşkili bərbad vəziyyətdədir:
“Azərbaycan səhiyyə sistemi demək olar ki, iflic haldadır. Bəzi həkimlər özəl klinakalarda vətəndaşlara kifayət qədər baha qiymətə yardım göstərirlər.
Beləliklə, səhiyyədəki eybi bir az da olsa örtürlər. Lakin bu durum vətəndaşlara həddindən artıq baha başa gəlir.
Amma ölkəmizdəki səhiyyə sistemi demək olar ki, səhiyyənin vəziyyətində hansısa müsbət dəyişikliyə gətirib çıxarmır. Ona görə də vətəndaşlar mövcud vəziyyətdən narazıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi