Bu 3 vərdiş infarkt riskini artırır
Yusif Nəzərli
02:28 13.10.2025
Sağlamlıq
363
Ürək-damar xəstəlikləri artıq yalnız yaşlılara aid problem deyil.
Sherg.az Milli.Az-a istinadən xəbər verir ki, kardioloq Uzm. Dr. Yusuf Altınkaynakın sözlərinə görə, xüsusilə 20-40 yaş arası gənclərdə ürək tutması halları ciddi şəkildə artıb. Mütəxəssis bildirir ki, hərəkətsiz həyat tərzi, stres və zərərli qidalanma vərdişləri gənclərin ürəyində "saatlı bomba" effekti yaradır.
Aşağıdakı xüsusiyyətlərə sahib gənclər daha yüksək risk daşıyır:
Ailəsində ürək xəstəliyi olanlar
Siqaret və tütün məhsullarından istifadə edənlər
Piylənmə (obezite) və diabet problemi olanlar
Xolesterolu yüksək olan gənclər
Bu şəxslərdə nəfəs darlığı, sinə ağrısı, halsızlıq və ani ürək döyüntüsü kimi əlamətlər daha erkən yaşda ortaya çıxa bilər.
Dr. Altınkaynak xəbərdarlıq edir: "Gənclərdə bəzən sinə ağrısı olmadan da ürək tutması başlaya bilər. Halsızlıq, ürəkbulanma və qəfil döyüntü də təhlükənin ilk işarəsi ola bilər."
Ürək Tutmasını Tətikləyən 3 Zərərli Vərdiş
Hərəkətsiz həyat və uzun saatlar ekran qarşısında qalmaq
Fast-food və şəkərli qidalarla qidalanmaq
Nizamsız yuxu və yüksək stres
Bu vərdişlər damarların sərtləşməsinə, yağlanmasına və gənc yaşda damar tıxanmasına səbəb olur.
Ürək Sağlamlığını Qorumaq Üçün TÖVSİYƏLƏR
Həftədə ən azı 3-4 dəfə yüngül hərəkət və ya sürətli gəzinti
Siqaret və enerji içkilərindən uzaq durmaq
Tərəvəz, meyvə, tam taxıl və sağlam yağlarla qidalanmaq
Fast-food və şəkərli içkiləri məhdudlaşdırmaq
Gec yatmamaq və kifayət qədər yuxu almaq
Stresi idarə etmək - nəfəs məşqləri, açıq havada gəzişmək
Ailəsində ürək xəstəliyi olan və ya siqaret çəkən gənclər - 20 yaşdan etibarən, risk faktoru olmayanlar - 30 yaşdan sonra mütəmadi ürək müayinəsinə başlamalıdır.
Bu müayinələr zamanı təzyiq, şəkər, xolesterol ölçülür, lazım gələrsə EKQ və efor testi ilə ürək dəyərləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya