Bu, çox vacibdir ! -“Arxa cəbhədə özümüzü qoruyaq, ön cəbhəyə dəstək olaq”
Fidan Həmişəyeva
14:11 04.11.2020
Sağlamlıq
861
“İctimai nəqliyyata daxil olanda maskalardan düzgün istifadə edilmədiyinin şahidi oluruq”
“Sadə qaydalar var ki, onlar həyat tərzimizə çevrilməlidir”
Son zamanlar ölkəmizdə koronavirusa yoluxanların sayı 1000 nəfərin üzərindədir. Bu gün Azərbaycanda COVİD-19 infeksiyasına 1227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 12 nəfər isə vəfat edib.
Təəssüf ki, vətəndaşlar tibbi maskadan lazımi qaydada istifadə etmir, sosial məsafə gözləmir və digər tövsiyələrə məhəl qoymurlar. Ticarət, məişət-iaşə obyektlərində, eləcə də restoran və kafelərdə, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət məsələsi qənaətbəxş deyil.
Avropa yenidən sərt karantin rejiminə geri dönməyə hazırlaşır. Artıq bir çox ölkələrdə kafe və restoranlar, ictimai məkanlar bağlanır. Bir aylıq küçəyə çıxmaq qadağası tətbiq olunur. Təhsil müəssisələri yalnız onlayn fəaliyyət göstərir, hotellər turizm məqsədilə müştəri qəbul etmir. Məsələn, ötən həftə Yunanıstan hökuməti paytaxt Afina və Selanik şəhərlərində bir aylıq küçəyə çıxmaq qadağası tətbiq edib. Həmçinin qeyd olunub ki, ictimai yerlərdə tibbi maskadan istifadə məcburidir. Bu gündən etibarən isə Gürcüstanda açıq havada tibbi maskadan istifadə etməyənlər cərimələnəcək.
Mövcud durumu “Sherg.az”a dəyələndirən “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva bildirib ki, uzun zamandan bəri sosial məsuliyyətin önəmli olduğu vurğulanır.
Birlik sədrinin qənaətincə, burada psixoloji məqamlar da var:
“İnsanlar hansısa bir məlumatı çox eşidəndə, onlar üçün o qədər adiləşir ki, artıq reallığı qəbul etmirlər. Əvvəlki aylara baxanda, şəhər daxilində maskadan istifadə çoxalıb.
Amma maskanın da növləri və düzgün istifadə qaydası var. İnsanlar üçün əlçatan olan tibbi maskalar 3 qatdan ibarət olur və onlar virusun qarşısını 90 faizə qədər ala bilirlər.
Bu maskalardan gün ərzində insanlar çox olan yerdə istifadə edəndə 2 saatdan bir dəyişdirilməlidir. Açıq havada maskadan istifadə o qədər də önəmli deyil. Lakin insanlarla əlaqədə olan bütün mühitdə maskadan istifadə əsasdır”
Z.Nəbiyeva qeyd edib ki, ictimai nəqliyyata daxil olanda maskalardan düzgün istifadə edilmədiyinin şahidi oluruq:
“Bu da birinci yoluxma faktorudur. Yaxşı olardı ki, könüllü şəxslər ictimai nəqliyyatda maskaların düzgün istifadəsinə nəzarət edərdilər. Bu nəzarət sistemi marketlərdə var.
Amma ictimai nəqliyyatda da könüllü nəzarətçilərin olması lazımdır. Fikrimcə, könüllülər bu işə cəlb edilsə, müsbət nəticə əldə etmək olar. Hər kəs eyni dünyagörüşə, informasiyanı qəbul edib, inanmaq qabiliyyətinə malik deyil.
İnsanlar fərqli olduqları üçün məsələyə yanaşmaları da fərqlidir. Şəhərlə müqayisədə rayonlarda maska taxmaq tendensiyası çox azdır. Ona görə də rayonlarda maskalardan istifadəyə dair təbliğatlar aparılmalıdır. Sadə qaydalar var ki, onlar həyat tərzimizə çevrilməlidir”.
Birlik sədrinin sözlərinə görə, hazırda vətən müharibəsi gedir, hər kəsin diqqəti müharibəyə köklənib:
“Lakin COVİD-19-un özü də bir müharibədir. Maksimum dərəcədə çalışmalıyıq ki, arxa cəbhədə özümüzü qorumaqla ön cəbhəyə dəstək olaq. Bu, çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual